525.Az

Ermənistanı tərk edənlərin sayı artır


 

Ermənistanı tərk edənlərin sayı artır<b style="color:red"></b>

Ermənistanı tərk edənlərin sayı artır.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 mln. nəfər azalacaq.
 
2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 mln. nəfərə çatacaq.
 
Ermənistan kommunistlərinin nümayəndəsi Taçat Sarkisyan bildirib ki, respublika əhalisinin sürətlə qocaldığı 91 ölkə arasında 51-ci yeri tutur. Onun sözlərinə görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50% xaricə köçmək istəyir.

 





06.06.2014    çap et  çap et