525.Az

Azərbaycanda peşə standartları: islahatlar inkişafı sürətləndirir


 

Azərbaycanda peşə standartları: islahatlar inkişafı sürətləndirir<b style="color:red"></b>

Ölkə iqtisadiyyatınnın sürətli inkişafı, milli iqtisadiyyatın yüksəlişi, həyata keçirilən sosial islahatların bir istiqaməti də əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarının səmərəliliyinin artırılmasıdır. Peşə standartlarının hazırlanması və tətbiqi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Peşə standartı müvafiq peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri, işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək vəzifə öhdəliklərini və fəaliyyətləri özündə əks etdirir.

Qəbul olunan qaydalara əsasən, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı müzakirələrin keçirilməsi və qərarların qəbul edilməsi məqsədilə sahə komissiyaları yaradılıb. Sahə komissiyalarının əsas vəzifəsi dövlət orqanları, təhsil müəssisələri, işəgötürənlər, həmkarlar və onların birlikləri tərəfindən həyata keçirilən fəaliyyətin əlaqələndirilməsidir. Sahə komissiyaları iqtisadiyyatın 14 sahəsi üzrə fəaliyyət göstərir.

Peşə və kvalifikasiya standartları əmək məhsuldarlığının yüksəlməsində, işçi qüvvəsinin mobilliyində, əldə edilmiş bilik və bacarıqların tanınması üçün zəruri olan normativ sənəddir. Əmək bazarının təhlili əsasında müəyyən olunub ki, ölkədə orta hesabla 1000 peşə üzrə peşə və kvalifikasiya standartların hazırlanmalıdır. Həmçinin, standartların məhz işəgötürənlərin tələbi əsasında formalaşması üçün, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun hazırlanması məqsədilə işəgötürənlər də peşə və kvalifikasiya standartlarının hazırlanması prosesinə cəlb olunub.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ)  Peşə və ömürboyu təhsili şöbəsinin əməkdaşı Leyla Vahabovanın sözlərinə görə, təhsilin "innovasiya" paradiqmasının, "maarifçilik" paradiqmadasına transformasiyası, inkişaf prioritetinə istiqamətlənməsi ilə üstünlük təşkil edən "Ömür boyu təhsil" ideyası və təhsilin məhsuldar olmayan modelindən məhsuldarlığa keçidi ilə xarakterizə olunur. Belə ki, təhsilin paradiqmasının dəyişməsi şəraitində çevik təlimin sisteminin təşkili və şəxsiyyətin bilik səviyyəsini yüksəltməsi əhəmiyyətli yer tutur. İlk dəfə 1965-ci ildə "ömürboyu təhsil" ideyası YUNESKO-nun konfransında təqdim edilib, 1970-ci illərin ortalarından etibarən isə təhsil islahatının əsası kimi bir çox ölkələrə yayılıb. Hələ 1979-cu ildə kanadalı tədqiqatçı və pedaqoq Allen Touq dərc etdiyi məqaləsində öyrənmə prosesinin 70 faizinin formal təhsildən kənarda keçdiyini iddia edib və bununla da təhsilin insanın müəyyən yaş aralığında təhsil müəssisəsində aldığı biliklərlə sərhədlənmədiyi ideyası geniş yer almağa başlayıb.  Azərbaycanın ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanıb və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir.  Azərbaycanın ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) milli kvalifikasiyaları sistemləşdirir və onların beynəlxalq kvalifikasiyalarla uyğunluğunu asanlaşdırır, Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsinə və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinə istinad edir.

Leyla Vahabova deyir ki, kvalifikasiyalar "Təhsil haqqında" Qanuna uyğun olaraq formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunur: "Kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir (sertifikat, attestat, diplom). Yəni, kvalifikasiya istənilən iş növü üçün uyğunluq dərəcəsini, həm də peşəkar bacarıq səviyyəsini ifadə edir. Kvalifikasiya, müəyyən bir işi yerinə yetirmək üçün tələb olunan təlim, təcrübə, bilik səviyyəsi ilə ifadə olunur. Kvalifikasiya məzun olduqdan sonra verilir, əlavə olaraq iş zamanı təkmilləşdirilə bilər. Bəs kvalifikasiya nəyə əsaslanır? Kvalifikasiyanı əldə etmək üçün şəxsin nələri bildiyini və nəyi edə biləcəyini təsvir edən peşə standartına. Konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. O, müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, onun əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək konkret vəzifə öhdəliklərinin və fəaliyyətlərin siyahısını özündə ehtiva edir. Peşə standartı (əvvəl peşə xarakteristikası) - işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəlişi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər. Peşə standartları ISCO 88/08-ə uyğun olaraq təsnifatlaşdırılır".

Onun dediyinə görə, əmək bazarında aparılan sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 350 peşə və kvalifikasiya standartı hazırlanıb. Həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərən "Peşə və Kvalifikasiya standartlarının Reyestri"ndə yerləşdiril E-məlumat bazası olacaq həmin reyestr işəgötürənlərin, digər maraqlı tərəflərin qeyd edilən standartların hazırlanmasında yaxından iştirakına da şərait yaradacaq.  Dünyanın bir çox ölkələri təhsil sisteminin və kadr hazırlığının sadələşdirilmiş yollarını axtarır və ənənəvi pedaqogikanın yığılmış çoxəsrlik təcrübəsinə kömək edən peşə təhsilinin yeni konsepsiyasını həyata keçirir: "Son illər ölkəmizdə də bu istiqamətdə bir sıra işlər görülür. Peşə təhsilinin yeni məzmununun formalaşdırılması islahatların öncül istiqamətlərindən biri kimi müəyyən edilib və məzmunun əmək bazarının tələblərinə uyğun olaraq, məzunların həm ölkədə, həm də xaricdə, əmək bazarında işlə təmin edilməsinin rahatlığı əsas prinsip olaraq qalır. Bu istiqamətdə müasir peşə təhsilinin məzmunu - təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, ömürboyu təhsil konsepsiyasına və bazar münasibətlərinin tələblərinə uyğun zəruri səriştələrə yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. Peşə hazırlığı sistemin dəyişdirilməsi, əmək bazarında işçi qüvvəsinin real tələblərə uyğun kadr hazırlığına əsaslanan istiqamətlə gedir. Əlavə təhsil sistemində təlimin keyfiyyətinin artırılması üzrə aparılan tədqiqatların aktuallığı, yalnız peşəkar keyfiyyətli kadrlara sosial tələbləri çətinləşdirməyə deyil, eyni zamanda, yeni peşələrə yiyələnməsinə, şəxsiyyətin daima öz biliyini inkişafına yönəldilməsinə və şəxsiyyət motivlərinin fərdiliyinin göstərilməsinə səbəb olub".

Leyla Vahabova bildirib ki, modul təlim ideyalarının mənşəyi öyrənmə məzmun vahidlərinin xarici konsepsiyasının yaranması ilə bağlıdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, tədris materialının nisbətən kiçik bir hissəsinin muxtar mövzu kimi götürülməsi və belə muxtar mövzulardan təlim kursunun formalaşdırılması məqsədəuyğundur. Əvvəlcə belə bölmələr "mikrokurslar" adlanırdı, sonra "mini kurslar" kimi tanınmağa başladı. Onların məzmunu və həcmi, didaktik çalışmalarla təyin edilirdi. Minikurslar ilk dəfə olaraq ABŞ universitet və kolleclərində tətbiq edildi və sürətlə yayıldı. Sonralar bu anlayış modul ("module") və uyğun olaraq modul təlimi ("modular instruction") ilə əvəz edildi. Modulun məzmununu mənimsəmək üçün komfort şərait yaradıldığı üçün modul təlimi öyrənəndən bilavasitə cavabdehlik tələb edir. Bu yanaşmada təlimin motivi əhəmiyyətli dərəcədə genişləndirilir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən işlənib hazırlanan modul metodologiyası təcrübəsi çevik təlim sistemini təkmilləşdirməyə imkan yaradan vasitələrə bir nümunədir. Tədris həm müəyyən peşə və sənətlər üzrə səviyyəli təlimatçı hazırlığını və həmçinin personalın modul tədris sistemi çərçivəsində hazırlığının bütün iş kompleksini təmin edən xüsusi seminarlarda aparılır. Personalın modul tədrisini həyata keçirən müəllimlər tərəfindən tədris elementlərinin bütün paketini diqqətlə öyrənilməli, lazım gəldikdə yerli şəraitə uyğun olaraq, dəyişdirilib, istifadəçinin dilinə çevrilməlidir.

O, qeyd edib ki, həyatın tələblərinə cavab tapmaq və yeni peşələrə yiyələnmək üçün müəllimlərin təhsili zəruridir. Əlbəttə əvvəldən müəyyən biliklərə malik olan, dövlət təhsil ocaqlarında lazımi ixtisaslara yiyələnən mütəxəssislər yeni iş yerləri ilə təmin olunmaları üçün öz ixtisaslarını təkmilləşdirməli və ya yeni məqsədyönlü ixtisaslara yiyələnməlidirlər, yəni təhsillərini yeni iş yerləri tapmaq üçün davam etdirməlidirlər. Belə təhsili isə işsizliyi aradan qaldırmaq məqsədi ilə təşkil olunmuş müvafiq kurslarda davam etdirmək olar. Artıq təcrübəyə malik olan peşə adamlarının yeni ixtisaslara yiyələnməkləri yaşlıların təhsili deməkdir. İnsan ömür boyu öz biliyini artırmalı, oxumalı, öyrənməli və inkişaf etməlidir. Bu təhsil onun həyatını daha maraqlı və axarlı edər: "Tədqiqat hipotezinə görə, əlavə peşə təlimi sistemində təlim prosesi modul sistemi ilə təşkil edilərsə, təlim prosesi müəllimin peşəkar fəaliyyətinin sistemli təhlili əsasında qurularsa, təlimin şəxsiyyətə təyin edilmə əsasında istiqamətləndirilməsi kimi tələblərə cavab verərsə, o zaman pedaqoji kadrların peşəkar hazırlığı və kvalifikasiyanın artırılması effektiv ola bilər".

Sevinc QARAYEVA

 

 

 

 





21.07.2022    çap et  çap et