525.Az

Yerə böyük asteroid yaxınlaşır


 

Yerə böyük asteroid yaxınlaşır<b style="color:red"></b>

Yer kürəsinə böyük asteroid yaxınlaşır.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA-ya bildirib ki, Antixrist adı verilən asteroid iyunun 8-də Yer kürəsinin 1 milyon kilometr yaxınlığından keçəcək.
 
Uzunluğu 325 metr, eni 60 metr olan asteroidin planetimiz üçün heç bir təhlükə yaratmadığını deyən Vaqif Xəlilov bildirib ki, bu göy cismi Ayla Yer arasındakı məsafəsindən 3 dəfə uzaq məsafədən keçəcək.
 
Bu asteroid ilk dəfə bu ilin aprelində NASA alimləri tərəfindən kosmik aparatlar vasitəsilə aşkar edilib və hazırda onun hərəkət trayektoriyası izlənilir. İyunun 8-də bu göy cismi yenidən müşahidə olunacaq və görüntüsü yayımlanacaq.

 





06.06.2014    çap et  çap et