525.Az

Respublika Gənclər Kitabxanasında təlim təşkil edilib


 

Respublika Gənclər  Kitabxanasında təlim təşkil edilib<b style="color:red"></b>

İyulun 19-21-də Cəlilabad, Masallı və Yardımlı rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təlimdə olublar. Kitabxana-informasiya sahəsində biliklərinin artırılması, yeniliklərin müzakirəsi, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə "Vahid Mərkəzləşdirilmiş Kitabxana Portallarında saytların idarə olunması prinsipləri, yeni məlumatların əlavə edilməsi, texniki problemlərin aradan qaldırılması yolları", "ALİSA proqramı - işləmə prinsipi, əməliyyatlar, çətinliklərin müzakirəsi", "Kitabxanalarda kütləvi tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində təbliği" və digər mövzularda təlim aparılıb. Həmçinin, kitabxana mütəxəssisləri arasında kitabxanaların qarşısında duran yeni vəzifələr, virtual məkana inteqrasiya kimi mövzularda da fikir mübadiləsi olub.

Sonuncu gün kitabxananın direktoru Aslan Cəfərov belə təlimlərin keçirilməsi əhəmiyyətindən danışaraq, bu təcrübənin gələcəkdə də davam etməsi zəruriyyətini vurğulayıb.

Cəlilabad rayon MKS-nin direktor vəzifəsini icra edən Qənimət İsrafilova iştirakçılar adından kitabxana kollektivinə keçirilən təlimə, maraqlı və faydalı təcrübə mübadiləsinə görə təşəkkürünü bildirib.

 

 





22.07.2022    çap et  çap et