525.Az

Riberi dünya çempionatında oynamayacaq


 

Riberi dünya çempionatında oynamayacaq<b style="color:red"></b>

Fransa milli komandası DÇ-2014-ün başlamasına bir neçə gün qalmış ciddi itkiyə məruz qalıb.

525.az-
ın  xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, “Bavariya”nın yarımmüdafiəçisi və millinin lideri Frank Riberinin adı DÇ-2014-ə sifariş olunan 23 nəfərlik siyahıdan çıxarılıb.

Buna Riberinin uzun müddətdir davam edən zədəsinin sağalmaması səbəb olub. Bundan başqa, baş məşqçi Didye Deşam zədəsi olan “Lion”un yarımmüdafiəçi Kleman Qrenyeri də heyətdən xaric edib.

Onların əvəzinəı heyətə Remi Kabelya ("Monpelye") və Morqan Şneyderlin ("Sauthempton") daxil edilib.

Xatırladaq ki, Fransa millisi E qrupunda İsveçrə, Ekvador ve Hondurasla mübarizə aparacaq.

 





06.06.2014    çap et  çap et