525.Az

“Əl-Cəzirə” kanalı Azərbaycanın regionda oynadığı rolu və apardığı siyasəti çox yüksək qiymətləndirir”


 

MÜSAHİBİMİZ BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDUNUN SƏDRİ UMUD RƏHİMOĞLUDUR

“Əl-Cəzirə” kanalı Azərbaycanın regionda oynadığı rolu və apardığı siyasəti çox yüksək qiymətləndirir” <b style="color:red"></b>

Ərəbcədəadamənasını versə , onun təqdim etdiyi xəbərlərin əhəmiyyəti, yayım miqyasının genişliyi materikləri belə aşıb keçir. Söhbət mərkəzi Qətər dövlətində yerləşənƏl-Cəzirəkanalından gedir. Bu kanal ilk olaraq yalnız ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla xüsusilə 2001-ci ildə ABŞ-ın Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra İraq Əfqanıstanda aparılan antiterror əməliyyatları zamanı dünya səviyyəsində özünə diqqət çəkmişdir. HazırdaƏl-Cəzirəingilis dilində yayımları yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil olub. Böyük nüfuza malik olanƏl-CəzirəMedia Şəbəkəsi hər il ənənəvi olaraq Qətərın paytaxtı Doha şəhərində beynəlxalq forum təşkil edir. “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda olan beynəlxalq forumda Azərbaycanı Umud Rəhimoğlunun sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri təmsil etmişlər. Forumda bir neçə müzakirə panelində çıxış edən fondun sədri Umud Rəhimoğlu tədbirin əhəmiyyəti Əl-Cəzirəkanalı ilə əməkdaşlığın perspektivləri ilə bağlı suallarımızı cavablandırıb.

Umud müəllim, dünyanın hər yerindən QHT rəhbərlərinin təmsilçilərin, o cümlədən beynəlxalq media qurumlarının rəhbərlərinin iştirak etdiyi bu forumun sizcə, beynəlxalq əhəmiyyəti nədən ibarətdir?

Bu, tarixi bir forum idi. “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda, müxtəlif başlıqlar altında panellər baş tutdu. May ayının 25-28- dünyanın media nəhəngiƏl-CəzirəMedia Şəbəkəsi tərəfindən təşkil olunan bu tədbir, Şərq dünyasında baş verən münaqişələrin yaranma səbəbləri, sülh quruculuğu prosesində medianın vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, dövlət vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin gücləndirilməsi istiqamətində müzakirələrlə yadda qaldı. Regionda böyük nüfuza sahib olanƏl-Cəzirəson illər belə beynəlxalq tədbirlər təşkil edir. Bu tədbirlər dövrün aktual mövzularına həsr olunur. 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi foruma dünyanın aparıcı beynəlxalq qurumlarının rəhbərləri qatılmışdı. Türkiyənin tədbirin təşkilində fəallığı müşahidə olunurdu . Baş nazirin köməkçisi Bülənt Arınç da 2 gün tədbirdə fəal iştirak etdi, iclas apardı nitq söylədi. O, çıxışında Suriya Ukraynada baş verənlərin bütün region ölkələrini ciddi narahat etdiyini dilə gətirdi.

– “Əl-Cəzirəkanalının bu forumları təşkil etməsində məqsədi nədir? Ümumiyyətlə, bu kanalın nüfuzu regionda baş verən hadisələrə baxışı haqqında deyə bilərsiniz?

– “Əl-Cəzirənin fenomen olması inkarolunmaz bir faktdır. Regionda böyük bir dominantlığı olan media strukturuna çevrilib. Avropadan dünyanın digər ölkələrindən gələnlərin əksəriyyəti bunu vurğulamışdır. Kanal heç nüfuzuna görə CNN BBCdən geri qalmır. Regionda böyük bir söz sahibidir şərqdə, necə deyərlər, əlinin çatmadığı yer yoxdur. Keçən ilƏrəb dünyasında dəyişikliklər: imkanlar çətinliklərmövzusunda, bu il isəƏrəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda təşkil olunan 8-ci forumda ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu, media təlimləri sosial dəyişikliklər, böhran dövründə insan haqlarının medianın rolu , Türkiyənin regiondakı siyasətində baş verən dəyişikliklər onun tətbiqi adı altında panel müzakirələr keçirildi. Panel müzakirələrdə gənclərin, dini icmanın, medianın cəmiyyətdə rolu, beynəlxalq təşkilatların cəmiyyətdə humanitar prosesdə iştirakı, böhran situasiyalarında jurnalistlərə edilən basqılar, azad media geniş nəzərdən keçirildi. Bütün bu mövzulara 2 günlük tədbir çərçivəsində dünyanın ciddi ekspertləri, konfliktoloqları rəylərini bildirdilər, hadisələrin gələcək inkişaf tempi haqqında ehtimallarını açıqladılar. Tədbirdə Tunisin keçmiş baş naziri, Suriya Milli Şurasının keçmiş rəhbəri, Mərakeşin təhsil naziri, Yəmənin hökumət rəsmiləri , Beynəlxalq Qızıl Xaç Federasiyasının Baş Katibi, BMT baş katibinin xüsusi məsləhətçisi Camal Benomar, Baş katibin xüsusi nümayəndəsi Tarek Mitri kimi nüfuzlu şəxslər çıxış etdilər. Bu daƏl-Cəzirənin nüfuzundan, regiondakı proseslərə təsir etmək qabiliyyətində olan media qurumu olmasından xəbər verirdi. Tədbir çərçivəsində mənƏl-Cəzirənin icraçı direktoru Mustafa Soujla görüşdüm. Təkbətək görüşümüz zamanıƏl-Cəzirənin bizim regionla bağlı xəbərlərin, reportajların verilməsində istifadə olunan informasiya mənbələri, hesabatlarla bağlı dostcasına iradımı bildirdim. Bəzi yanlış informasiyaların Əl-Cəzirənin obyektivliyi haqqında haqlı narazılıq yaratdığını da ifadə etdim. Mustafa Souj da iradlara konstruktiv yanaşdığını bildirdi bu regiondan hazırlanan verilişlər üçün informasiya mənbəyi kimi təşkilatımızla əməkdaşlıq etmək niyyətində olduğunu xatırlatdı.

Forumda təkcə media deyil, regional, beynəlxalq siyasət müzakirə olunur. Azərbaycan təmsilçisinin belə bir forumda iştirakı ölkəmizə hansı formada fayda verir?

Öncə deyim ki, iştirakçısı olduğum tədbirdə mən rəhbəri olduğum təşkilatın adından çıxış edirəm. Bu, bizim beynəlxalq aləmdə olan fəaliyyətimizin nəticəsidir. Amma tədbirin mövzularından, iştirakçıların mənə olan münasibətindən asılı olmayaraq, hər şeydən əvvəl, mən azərbaycanlıyam, bütün fəaliyyətim boyu da bunu nəzərə alıram. Belə forumlarda iştirak edərkən hər zaman ölkənin uğur, itki problemlərinə öz mövqeyimdən baxıram. Hesab edirəm ki, bu forum ölkə, təşkilat, fərd üçün faydalıdır. Zaman-zaman bu forum əhəmiyyətini göstərəcək. Mən tədbir çərçivəsindəBöhran dövründə insan haqlarının medianın rolumövzusunda çıxış etdim. Mənimlə bərabər paneldə Beynəlxalq Amnistiya təşkilatının baş katibi Stiv Krauşou, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibinin müavini Baltasar Stahelin, Beynəlxalq Qızıl Xaç Federasiyasının baş katibi Bekele Geleta, BMT baş katibinin insan haqları üzrə müşaviri, BMİ-nin direktoru Alisson Makkenzi, UNESCO-nun regional təmsilçisi ilə birgə media insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi haqqında geniş müzakirələrə qatıldılar. Humanitar böhran münaqişələr dövründə medianın rolu, azad sözün ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması s. məsələlərə biz öz münasibətimizi açıqladıq.

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına da toxunuldu. Çıxışımda Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində  səylərin birləşdirilməsinin vacibliyini bildirdim. Qeyd etdim ki, bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan çox məcburi köçkününün hüquqlarından , müharibə zamanı öldürülən dinc insanların taleyindən, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər.

Umud müəllim, bildirdiniz ki, forumda müxtəlif mövzular səsləndirildi. Bəs forumda gələcək üçün görülməsi vacib olan hansı məsələlər gündəmə gətirildi?

Forumun ana xətti regionda münaqişənin olması, baş verməsi aradan qaldırılması yolları, münaqişə vaxtı yaranan kataklizmlər, humanitar fəlakət oldu. Bütün çıxışların hədəfi yalnız bu idi. “Ərəb baharı haraya gedirsualına cavab axtarıldı. Burada münaqişələrin ortaya çıxardığı problemlər, media azadlığına, vətəndaş cəmiyyətinə göstərdiyi təsirlər, fövqəl güclərin maraqları barədə öz fərdi mövqeyimi nitqimdə bildirdim. Beynəlxalq güclərin münaqişənin təkcə mövcudluğundan deyil, həm bu münaqişədən öz maraqları üçün faydalanması səbəbləri ortaya qoyuldu. Beynəlxalq təşkilatların Azərbaycanasülhsevəristiqamətdən təsir etmək istiqamətindəki fəaliyyətini dilə gətirdim, çünki orada beynəlxalq təşkilatlardan hesabat yazan nümayəndələr var idi. Mənim dediklərimin əleyhinə heç bir arqument gətirilmədi, əksinə auditoriya çıxışıma müsbət reaksiya verdi. Bildirdim ki, münaqişələr qeyri-obyektiv informasiya səbəbindən yaranır. Nitqimdə çağırış etdim ki, bu forumun şəbəkəsi genişlənsin, belə tədbirlərin davamlı olaraq keçirilməsi əsas hədəf seçilsin. Media beynəlxalq təşkilatlardan ibarət şəbəkə formalaşdırılmasına tədbir iştirakçılarını dəvət etdim. Paneldə çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun direktoru Xanım Alisson Makkenzi, Etik Jurnalistika Şəbəkəsi Təşkilatının rəhbəri Aydan Vayt, Keçid Dövrü Hüquqları üzrə Beynəlxalq Mərkəzin direktoru Deyvid Tolbert digərləri mənim bu fikrimi dəstəklədilər .

Forumda sizin iştirakınız zamanı yaddaqalan epizodlar, məqamlar oldumu?

Əslində maraqlı məqamlar çox idi. Amma bir epizod barəsində danışacam. Türkiyənin baş nazirinin müavini Bülənt Arınç iclasların birində fikirlərini bildirdi. Doğrudan da, yüksək səviyyədə çıxış etdi, hər kəs onun çıxışını izləyirdi. Amma bu çıxışa yaxşı reaksiya verməyənlər oldu. Sərhədboyu Müdafiəçilər Təşkilatının icraçı direktoru Meri Lavlor Bülənt Arınçın çıxışına eyham vuraraq, “Əl-Cəzirənin icraçı direktoru Mustafa Souja sual verdi : – Media azadlıqlarından söhbət edirsiniz, amma necə olur ki, açılış nitqində jurnalistlərin həbsxanalara salındığı bir ölkənin baş nazirinin müavini çıxış edir? Bu, ziddiyyət deyilmi? Mənim həmin bu şəxsə cavab vermək imkanım yarandı . Beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi paneldə, söz aldım sərt şəkildə bildirdim ki, Türkiyə ilə bağlı fikirlər doğru deyil. Siz, hörmətli baş nazirin müavinini yaxşı tanımırsınız onun barəsində yanlış fikirlər səsləndirməyin! Qeyd etdim ki, Turkiyəyə böyük bir basqılar var bu, siyasi səbəblərdəndir. Bu gün Bülənt Arınçla burada birbaşa ünsiyyətdə olmaq, problemlərlə bağlı fikir mübadiləsi aparmaq bizim üçün bir fürsətdir. Hər kəs bunun üçün təşəbbüs irəli sürə bilər. Amma onun barəsində belə bir fikir səsləndirmək doğru deyildir...

  Ümumiyyətlə, belə bir forumun Azərbaycanda keçirilməsi ehtimalını necə qiymətləndirirsiniz?

Orada bizə qarşı böyük bir hörmət ehtiram gördüm. Əməkdaşlığımızla bağlı etmək lazım gəldiyini danışdıq qərar belə oldu ki, “Əl-Cəzirəkanalının rəhbər şəxslərini Bakıya dəvət edim, onlarla birlikdə strategiya hazırlayaq. Bu məsələni Bakıya döndükdən sonra BAMF-ın proqram departamentində müzakirə etdik sənədlərin ilkin tezislərini hazırlamağa başlamışıq. Paralel olaraq qarşı tərəf sənədlər hazırlayır. Onların bunun üçün vaxtı var. “Əl-Cəzirəilə normal əməkdaşlıq qura bilsək, əminliklə deyə bilərəm ki, bu kanal Azərbaycanın yanında olacaq. Mən bütün danışıqlarda, bizə münasibətlərdə bunu hiss etdim. Onlara Azərbaycanın iqtisadiyyatı, torpaqlarımızın işğalı, regiondakı mövqeyimiz mədəniyyətimiz ilə bağlı reportajların hazırlanmasında yaxından kömək edəcəyimizi bildirdim. Bu təklifim çox müsbət qarşılandı. Yaxın gələcəkdə BAMF Əl-CəzirəNyu-York Cenevrədə birgə tədbirlərin keçirilməsi, media jurnalistlərlə bağlı BMT- müvafiq sənədlərin qəbul edilməsi ilə əlaqədar birgə əməkdaşlıq edəcək. Düşünürəm ki, “Əl-Cəzirəyaxın vaxtlarda Azərbaycana gələcək, çəkilişlər həyata keçirəcək. Belə bir faydalı əməkdaşlıq üçün münbit zəmin qarşılıqlı istək var.

 





07.06.2014    çap et  çap et