525.Az

Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz


 

Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz <b style="color:red"></b>

Bəzən Azərbaycan vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi, onların hava limanında saxlanılıb geri qaytarılması ilə bağlı faktlara rast gəlirik. Lakin bu olaylar heç hər zaman səs-küysüz ötüşmür. Saxlanılmanın, ölkədən getməyə məhdudiyyətin qoyulmasının qanunsuz olduğu iddia olunur. Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Fərhad Nəcəfov “525”ə Azərbaycan vətəndaşının ölkədən getmək ölkəyə gəlmək hüququ, bu hüququn məhdudlaşdırılması ilə bağlı məsələləri şərh edib. O bildirib ki, yeni qəbul olunan Miqrasiya Məcəlləsi ilə bu məsələlər tənzimlənib. Həmin məcəllədə qeyd olunur ki, Azərbaycan vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək ölkəyə gəlmək hüququ var. Bir qayda olaraq vətəndaş ölkədən getmək ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

F.Nəcəfovun sözlərinə görə, Azərbaycan vətəndaşının ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: “Tutulduqda ya barəsində hər hansı qətimkan tədbiri seçildikdəazad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək ya qətimkan tədbiri ləğv edilənədək; məhkum edildikdəCinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək ya, cəzadan azad edilənədək; barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdətibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; şərti məhkum edildikdə ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdəmüvafiq olaraq sınaq müddəti ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; müddətli həqiqi hərbi xidmətə çağırıldıqdamüddətli həqiqi hərbi xidmət keçənədək ya qanuna uyğun olaraq ondan azad edilənədək; məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqdaməhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; beynəlxalq tibbi sanitariya qaydalarına ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanıprofilaktik peyvəndlər edilənədək”.

Hüquq məsləhətçisinin sözlərinə görə, qanunvericilik hərbi qulluqçuların, dövlət sirri ilə işləməyə buraxılanların ölkədən getməsinə müəyyən şərtlər daxilində icazə verir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə xidməti zərurətlə bağlı digər tədbir ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırılması mümkündür.  Həmçinin yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi ya qəyyumu ilə gedə bilər.

Onun sözlərinə görə, ölkədən getmək ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlarGiriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. “Həmçinin hər hansı bir ölkədə fövqəladə vəziyyət ya insan həyatı, sağlamlığı azadlığı üçün təhlükə yaranarsa, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir”.

Hüquqşünas qeyd edib ki, vətəndaşın ölkədən getmək ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir: “Azərbaycan Respublikasında qeydiyyatda olan dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir”.

F. Nəcəfov deyib ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

PƏRVANƏ

 





07.06.2014    çap et  çap et