525.Az

Füzulidə hərbi hissə elektrik enerjisi ilə təmin edilib


 

Füzulidə hərbi hissə elektrik enerjisi ilə təmin edilib<b style="color:red"></b>

Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb.

“Azərişıq” ASC-dən 525.az-a verilən məlumata görə, çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.

Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.

Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır.

 





25.07.2022    çap et  çap et