525.Az

Elçin İsgəndərzadənin yeni elmi və ədəbi uğurları


 

Elçin İsgəndərzadənin yeni elmi və ədəbi uğurları<b style="color:red"></b>

Azərbaycanın tanınmış alimi şairi Elçin İsgəndərzadə İtaliyanın Bonifasiana Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvlüyünə layiq görülüb. E. İsgəndərzadə türkdilli xalqlar arasında bu akademiyaya üzv seçilmiş ilk alimdir.

Bugünlərdə Almaniya səfərindən qayıdan alim təəssüratlarını bölüşərkən dedi: “Ötən həftə Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının qonağı idim. Mən 2009-cu ildə Türkiyənin təqdimatı ilə bu Akademiyanın Türk Dünyası Şöbəsinin rəhbəri təyin edilmişəm. Təkcə Avropanın yox, bütün dünyanın ən qədim ən nüfuzlu elm ocaqlarından  biri olan bu akademiyanın Rəyasət heyəti məni fəxri professor ünvanına layiq görüb Avropa elminə xidmətordeni ilə təltif edib. HəmçininAvropanın görkəmli elm mədəniyyət xadimləriseriyasından mənimBiblioqrafiyakitabımın hazırlanması Müasir kombinəedilmiş maşınlaradlı monoqrafiyamı çap etmək haqqında da qərar qəbul olunub”.

Alim ötən ayİnnovasiya texnologiyalarının aktual problemləriüzrə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Beynəlxalq konqresdə iştirak elmi məruzə ilə çıxış etdiyini bildirdi: “Lap bu yaxınlarda iki elmi məqaləmin Vaşinqtonda keçiriləcəkÇağdaş elmin strateji inkişafıbeynəlxalq simpoziumu KanadadaKombinəedilmiş maşınların aktual problemləribeynəlxalq konfransının təşkilat komitəsi tərəfindən qəbul edilməsi məni hər iki ali elmi tədbirə dəvət etmələri çox sevindiricidir”.

Həmsöhbətimiz bu yaxınlarda elmi nailiyyətlərlə yanaşı, bir neçə ədəbi uğurların sevincini yaşadığını dilə gətirdi: “Son zamanlar mətbuatımızda yayınlanmışCavid CihadıMəmməd Araz qayasıpoemalarım haqqında oxuculardan mötəbər şair dostlarımdan eşitdiyim xoş ifadələr məni ruhlandırır. Bu günlərdə işıq üzü görmüş, əziz sənət müəllimim Qərib Mehdinin qələmə aldığı  Elçinel üçünkitabını bütün ömrümün bütün uğurlarımın tacı hesab edirəm.Yubileyimə hədiyyə olaraqVektorBeynəlxalq Elmlər Akademiyası əsərlərimdən ibarət 5 cildlik kitab hazırlayır. Yubiley öncəsi Ankarada, İstanbulda, Moskvada Londonda şeir elmi kitablarım yayınlanacaq”.

Sevinc MÜRVƏTQIZI

 





07.06.2014    çap et  çap et