525.Az

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib


 

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib<b style="color:red"></b>

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.

Diaspora komitəsindən 525.az-a verilən məlumata görə, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.  

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək. 

Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb. Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

 


 

 





26.07.2022    çap et  çap et