525.Az

Azərbaycan Mərkəzi Bankı tədavülə yenilənmiş pul nişanları buraxıb - Foto


 

Azərbaycan Mərkəzi Bankı tədavülə yenilənmiş pul nişanları buraxıb - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edib.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Bildiririk ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

 





27.07.2022    çap et  çap et