525.Az

Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək


 

Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.
 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.

 





09.06.2014    çap et  çap et