525.Az

“Lufthansa” mindən çox uçuşu ləğv etdi


 

“Lufthansa” mindən çox uçuşu ləğv etdi<b style="color:red"></b>

Almaniyanın “Lufthansa” aviaşirkəti işçilərinin tətil qərarına görə mindən çox uçuşun ləğv edildiyini açıqlayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Almaniyanın milli hava yolu şirkəti “Lufthansa” məsələ ilə bağlı  açıqlama verib. İşçilərin elan etdiyi tətil səbəbilə Frankfurtda 32-si dünən və 646-sı bu gün olmaqla cəmi 678 uçuşun ləğv edildiyi bildirilib.

Münhendə isə  15-i dünən, 330-u bu gün  olmaqla cəmi 345 uçuşun mümkün olmayacağı bildirilib. Ləğv qərarından Frankfurtda 92 min, Münhendə isə 42 min sərnişinin təsirlənəcəyi bildirilir.

Əntiqə Kərimzadə

 





27.07.2022    çap et  çap et