525.Az

Haitidə gərginlik artır


 

Haitidə gərginlik artır<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı Haitinin paytaxtı Port-o-Prensdə baş verən toqquşmalar nəticəsində 10 gündə 209 öldüyünü açıqlayıb.

525.az xarici mətbuata istinadən məlumat verir ki, həyatını itirənlərin təxminən yarısının dəstələrlə heç bir əlaqəsi olmayan şəhər sakinləri olduğu açıqlanıb. Toqquşmalar əsasən “Cite Soleil” məhəlləsində cəmləşib.

İllərdir zorakılığın yaşandığı ölkədə prezident Jovenel Moisenin keçən il muzdlular tərəfindən öldürülməsindən sonra belə hadisələr artıb.

Əntiqə Kərimzadə

 





27.07.2022    çap et  çap et