525.Az

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir


 

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir<b style="color:red"></b>

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi dənizçilərimiz Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd olunub ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

 





28.07.2022    çap et  çap et