525.Az

Qaza qənaət: Niderlandın kampaniyası Avropanı xilas edə biləcək?


 

Qaza qənaət: Niderlandın kampaniyası Avropanı xilas edə biləcək?<b style="color:red"></b>

Rusiya-Ukrayna müharibəsi dünyanı bir sıra problemlərlə üz-üzə qoyub. Müharibə qlobal iqtisadiyyata ziyan vurub, enerji bazarlarında sabitliyi pozub. Bu gün Avropa enerji təhlükəsizliyini təmin etmək, gözlənilən enerji böhranının qarşısını almaq üçün Rusiya qazına alternativlər axtarmaqda, müxtəlif önləyici tədbirlər görməkdədir.

Qeyd edək ki, iyulun 11-də səhər saatlarında "Qazprom" təmir işləri ilə əlaqədar "Şimal axını 1" qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırmışdı. Avropada profilaktik işlər bitdikdən sonra Rusiyanın boru kəməri ilə ixracı bərpa etməyəcəyindən ehtiyatlanırdılar. İyulun 21-də "Qazprom" "Şimal axını 1" ilə qaz nəqlini bərpa etsə də, bir çox Avropa İttifaqı (Aİ) ölkələri təbii qazdan asılılığını azaltmaq üçün yollar axtarmağa davam edir.

Sutkada 160 milyon kubmetr t?bii qaz ötürmə qabiliyyətinə malik boru kəməri vasit?sil? təmirə qədər 60-65 milyon kubmetr qaz n?ql edilirdi.

Bu gün Avropa dövlətlərinin hökumətləri ekspertlərin ehtiyat etdiyi kimi, iqtisadi tənəzzüllə nəticələnə biləcək böhranın qarşısını almaq üçün bir sıra tədbirləri müzakirə edirlər.

Hazırda mətbuat, ekspertlər Niderlandın qaz istehlakını necə azaltmasını müzakirə edirlər. Məlumata görə, 2022-ci ilin əvvəlindən Niderland qaz istehlakını təxminən üçdə bir hissəyə qədər azaltmağa nail olub. Bu, yanvar-may aylarında istifadə olunan qazın həcminin adi haldan cəmi 14% az olduğu qonşu Almaniyadan iki dəfə çoxdur. Həmçinin, İtaliya eyni dövrdə istehlakını 2%-dən az azaltmağı bacarıb.

Yuxarıda göstərilən üç ölkənin, eləcə də bir çox digər Avropa ölkələrinin enerji balansında təbii qaz, o cümlədən, Rusiyadan gələn təbii qaz mühüm rol oynayır. Niderlandın "TRO" tədqiqat təşkilatının enerji məsələləri üzrə eksperti Rene Piters ölkənin uğurunu adət edilməyən mülayim qış və kömürlə işləyən elektrik stansiyalarının bərpası ilə əlaqələndirir. Onun hesablamalarına görə, bu iki amil qaz sərfiyyatının azalmasının bəlkə də 5-10 faizini təşkil edib. "Lakin ev təsərrüfatlarının və sənayenin qaza qənaəti ən böyük təsirə malikdir", - ekspert əlavə edib.

Hakimiyyət ev təsərrüfatlarında və müəssisələrdə qaz istehlakını azaltmaqla bağlı genişmiqyaslı kampaniyanı bu ilin aprel ayında başladıb. "Zet de knop om" ("Açarını söndürün") şüarı ilə vətəndaşlardan evlərini daha az qızdırmaq istənilib. Bu, evlərin və ticarət obyektlərinin istilik izolyasiyasının yaxşılaşdırılması, həmçinin, enerjiyə qənaət edən avadanlıqların alınması üçün əlavə stimullarla müşayiət olunub.

Brüsseldəki "Bruegel" analitik mərkəzinin enerji tədqiqatları üzrə eksperti Ben Makulyams hesab edir ki, daha geniş Avropa kontekstində, digər ölkələrin də oxşar tədbirlərə əl atacağı ehtimalı var: "Elektrik enerjisi istehsal etmək üçün qaz əvəzinə kömür yandırmaq iqtisadi baxımdan çox sadə bir həldir, lakin iqlimin qorunması baxımından bu, açıq-aydın çətin və problemlidir".

Onun sözlərinə görə, sənaye sektoru üçün qaz istehlakının azalması hasilatın həcminin azalması deməkdir: "Məhz burada böyük iqtisadi xərcləri və potensial tənəzzülü görə bilərsiniz".

Təcili tədbirlərə gəlincə, ekspert düşünür ki, siyasətçilər insanlarla tamamilə dürüst olmalıdırlar: "Elə indi onlara izah etmək lazımdır ki, xüsusilə qışda hər bir evdə qənaət edilə biləcək hər bir qaz molekulu iş yerlərinin saxlanılması deməkdir və nəticədə bu, bizi tənəzzüldən xilas edəcək. Bu sahədə Niderlandda olduğu kimi, Belçika və Almaniyada da vətəndaşların maarifləndirilməsi kampaniyalarına başlanılıb. İtaliya yaxın vaxtlarda belə bir kampaniya keçirməyi planlaşdırır".

Romada yerləşən iqlim dəyişikliyi ilə bağlı "ECCO" analitik mərkəzinin tədqiqatçısı Françeska Andreolli də təsdiqləyib ki, qeyd olunan kampaniyalar İtaliyada həyata keçirilə bilər və aparılması zəruridir. O bildirib ki, italyanlar artıq yüksək qiymətlərə cavab olaraq enerjiyə qənaət tədbirləri görürlər. Bir çox ölkənin, o cümlədən, İtaliyanın COVİD-19 pandemiyası zamanı maskaların və peyvəndlərin taxılması mövzusunda həyata keçirdiyi maarifləndirmə kampaniyası qənaətin və həmrəyliyin vacibliyini vurğulaya bilər.

İtaliyanın Rusiya qazından asılılığını azaltmaq üçün mümkün tədbirləri təhlil edən "ECCO" belə qənaətə gəlib ki, istilik itkisinin qarşısını almaq və evdən işləmək üçün tədbirlərlə birlikdə istilik temperaturunun 2 dərəcə selsi azalması cari istifadə ilə müqayisədə 15% potensial enerji qənaətini təmin edə bilər. Yayda otağın soyudulmasını 27 dərəcə selsi ilə məhdudlaşdırmaqla enerji sərfiyyatını sürətlə azalda bilərsiniz. Belə bir siyasət artıq ictimai binalarda mövcud olsa da, "ECCO" bunu həm dövlət, həm də bütün özəl binalara tətbiq etməyə çağırır. Uzunmüddətli tədbirlərə qazla işləyən qazanların istilik nasosları ilə əvəz edilməsi və ümumi enerji kompleksində bərpa olunan mənbələrin payının artırılması da daxildir. Niderland uzun müddətdir ki, belə proqramları həyata keçirir ki, bu da enerji sərfiyyatının uğurla azaldılmasının əsasını qoyub.

PƏRVANƏ

 





28.07.2022    çap et  çap et