525.Az

"Ceyhun Bayramov Tbilisidə Mirzoyanla görüşdən məmnun qalıb" - Çavuşoğlu


 

"Ceyhun Bayramov Tbilisidə Mirzoyanla görüşdən məmnun qalıb" -<b style="color:red"> Çavuşoğlu</b>

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və onun gürcü həmkarı İliya Darçiaşvili Qarabağ məsələsini müzakirə ediblər.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O, gürcü həmkarına Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə görüşünə ev sahibliyi etdiyinə görə təşəkkür edib.

Bundan əlavə, nazir Çavuşoğlu azərbaycanlı həmkarının bu görüşdən məmnun qaldığını da vurğulayıb.

 





28.07.2022    çap et  çap et