525.Az

İngiltərədə dəniz səviyyəsi artıb


 

İngiltərədə dəniz səviyyəsi artıb<b style="color:red"></b>

İngiltərənin bəzi bölgələrində dəniz səviyyəsi ötən əsrin əvvəli ilə müqayisədə çox artıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin illik iqlim vəziyyəti hesabatında ölkənin bəzi bölgələrində dəniz səviyyəsi son 30 ildə 1900-cü illərin əvvəllərində qeydə alınan sürətdən iki dəfədən çox artıb. Hesabatda, 1900-cü illərin əvvəllərində dənizin yüksəlmə sürətlərinin ildə 1,5 millimetr olaraq qeyd edildiyi, 1990-cı illərdən bu yana isə bu nisbətin ildə 3 millimetr ilə 5,2 millimetr civarında olduğu bildirilib. 

Belə ki, son 30 ildə dəniz səviyyəsi 16,5 santimetr qalxıb. Hesabatı hazırlayan ekspertlərdən Svetlana Jevrejeva qeyd edib ki, artımın Qrenlandiya və Antarktidadakı buzlaqların əriməsi ilə bağlı olduğuna dair sübutlar var. Digər tərəfdən hesabatda İngiltərədəki istiləşmə səviyyəsinin qlobal orta istiləşmə sürətindən bir qədər yüksək olduğu bildirilərək, ölkədə son illərlə müqayisədə daha isti, yağışlı və günəşli hava olduğuna diqqət çəkilib.

Qeyd edək ki, Şimal və İrlandiya dənizi ilə sərhəd olan Böyük Britaniya krallığına daxil tarixi və inzibati ərazi krallığın cənub hissəsində yerləşir.

Məhəmməd Tağıyev

 





28.07.2022    çap et  çap et