525.Az

Bakıda qanunsuz silah saxlayan şəxs tutulub


 

Bakıda qanunsuz silah saxlayan şəxs tutulub<b style="color:red"></b> Bakıda qanunsuz silah saxlayan şəxs tutulub.

Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamaı RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 8-də R.Tağıyev küçəsində əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Fərman Bayramov saxlanılıb. Ondan AKM avtomatı, ona aid daraq və 205 ədəd 5,45 kalibrli patron götürülüb.
 
Araşdırmalar davam etdirilir.
 





09.06.2014    çap et  çap et