525.Az

Moskvada  çoxmərtəbəli binada yanğın baş verib


 

Moskvada  çoxmərtəbəli binada yanğın baş verib<b style="color:red"></b>

Rusiyanın paytaxtı Moskvada 16 mərtəbəli binanın birinci mərtəbəsində yanğın  baş verib. 

525.az xarici mətbuata istinadən xəbər verir ki, bölgəyə təcili və tibbi yardım qrupları göndərilib, 200 nəfər təxliyə edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Həyatını itirənlərin xarici ölkə vətəndaşları olduğu öyrənilib.

Ümumilikdə 150 kvadratmetr sahədə təsirli olan yanğın, saatlar sonra söndürülüb. Yanğının elektrik sistemindəki nasazlığın səbəb ola biləcəyi bildirilib.

Əntiqə Kərimzadə
 

 





29.07.2022    çap et  çap et