525.Az

Ermənistan ordusu cəbhə xəttində mövqelərini möhkəmləndirir


 

Ermənistan ordusu cəbhə xəttində mövqelərini möhkəmləndirir<b style="color:red"></b>

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.
 
Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.
 
Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.

 





09.06.2014    çap et  çap et