525.Az

Ottavada Mübariz İbrahimovun xatirə lövhəsinin açılışı olub


 

Ottavada Mübariz İbrahimovun xatirə lövhəsinin açılışı olub<b style="color:red"></b>

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan icmasının fəallarından olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və şəhid Mübariz İbrahimovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.
 
Mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları da iştirak edib.

 





09.06.2014    çap et  çap et