525.Az

Zabit çimərkən boğulub


 

Zabit çimərkən boğulub<b style="color:red"></b>

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
 
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
                            
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
 
Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.
 

 





09.06.2014    çap et  çap et