525.Az

Almaniyada 5 polisin evində axtarış aparılıb


 

Almaniyada 5 polisin evində axtarış aparılıb<b style="color:red"></b>

Almaniyanın Frankfurt Polis Departamentində çalışan 5 polis əməkdaşının evi etdikləri onlayn qrup söhbəti səbəbilə axtarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, evlərində axtarış aparılan 4 polisdən birinin konstitusiyaya zidd təşkilatlara aid simvollardan istifadə etdiyi, üçünün isə “qanunların qarşısını almaq” ittihamı ilə araşdırıldığı bildirilib. Açıqlamada qeyd olunub ki, axtarışlar zamanı məxfiliyi pozmaqla şübhəli bilinən başqa bir polisin evində axtarış aparılıb. Həmin polislər isə vəzifədən azad edilib. 

Frankfurt polis rəisi Steffen Müllerdə peşə yoldaşlarına qarşı digər intizam tədbirlərinin araşdırıldığını deyib.

Qeyd edək ki, Frankfurt Polis Departamentində vəzifədə olan polislərin əvvəlki illərdə də sosial mediada uyğunsuz məzmunlu paylaşımlar etdikləri ortaya çıxmış və bir çox polis haqqında araşdırmalar başladılıb. Sözügedən istintaq zamanı isə Frankfurt Polis İdarəsinin Xüsusi Əməliyyat Qrupu (SEK) ləğv edilmişdir.

Məhəmməd Tağıyev

 





30.07.2022    çap et  çap et