525.Az

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib


 

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib<b style="color:red"></b>

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

525.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə Özbəkistanla iqtisadi əlaqələrin inkişafı, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

 





01.08.2022    çap et  çap et