525.Az

Azərbaycan Özbəkistanın biznes ombudsmanı ilə əməkdaşlıq edəcək


 

Azərbaycan Özbəkistanın biznes ombudsmanı ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

KOBİA-dan 525.az-a verilən məlumata görə, sənəd avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində imzalanıb.

Memorandum iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.

 





01.08.2022    çap et  çap et