525.Az

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - Yenilənib


 

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - <b style="color:red">Yenilənib</b>

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

***

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb.

525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

 





02.08.2022    çap et  çap et