525.Az

“Şair şeir-şeir yanır şam kimi, Dünya bu işıqdan tutub dayanır”


 

Şair Rəhman Babaxanlının yaradıcılığına baxış

“Şair şeir-şeir yanır şam kimi, Dünya bu işıqdan tutub dayanır”<b style="color:red"></b>

Rəhman Babaxanlı həyatı ilə yaradıcılığı bağrıbadaş olan, Xudu müəllimin sözlərilə desək, Vətənin dərdli suallarıyla, zamanın problemləri ilə yaşayan, yəni tərcümeyi-halı Vətənin tərcümeyi-halı olan  şairdir. 

Qarabağın ağır günlərindəŞuşaya ən çox gedib-gələn şair” (“Yolqəz., № 14, fevral, “Xalq Ordusu”,  №3, 25.02. 1992), Şuşanı son dəfə görən şairdir.

Mənim nəzərimdə Rəhmanın şeirləri əsl sənət əsərləridir. Əsl sənət əsəri isə gözəllikdir. O da axıracan izaha gəlmir. Zaman-zaman ona müraciət edilir hər dəfə yeni məna açılır. Onu əbədi estetik gerçəkliyə çevirən məhz axıracan açılmazlığıdır.

Rəhmanın şeirlərini oxuduqca, hər şeiri bir dəliSegah nağılıilə adamı öz sehrinə salır əslində, onun haqqında yazmağa mane olur. Bir vaxt ayılırsan ki, vaxt keçir, zaman ötür, özü demişkən, “varağın çoxu qalır”.

Rəhmanın şeirlərini oxuduqca, zərbi-məsəl, atalar sözü səviyyəsində dayanan çoxlu sayda sərrast, diləyatımlı, tutumlu deyimlərlə rastlaşırsan: “Mənim məhəbbətim cavab istəmir”, Ölümün çarəsi var”, “Ömür ilk sevgiyə qədərmiş”, “Kədər yalan deyir”, Ən nadir incilər ən dərindədir”, “Başdaşından baş var”, “Haqqı ha geri at”, “Ürəyim dərd kürəsidir”, “Hər ötən sevgidən bir payız gəlir s. Bu deyimlərin hər biri arxasınca dərin hikmət dünyası gətirir. Onların məna dərinliklərinə vardıqca, dilə gətirdikləri məqamdan əvvəli , sonranı da görürsən, irəlini , gerini   düşünürsən. Əmin olursan ki, bunlar həyatdır, həyatın SÖZlə ifadə olunmuş düsturları, dünyanı dərk etməyin poetik formasıdır. Bunları araşdırmaq istəyi məni Rəhmanın poeziyası haqqında ümumi filoloji planda çox düşündürdü. Nəhayət, yeni fikirlər əvvəlki yazılarımız monoqrafiyaya çevrildi.

Rəhman şeirlərinin birində deyir ki, “DünyaOl!” sözündən başlayan yoldur”. Deməli, bu yolda ilk olan, yolun başında dayanan SÖZdür. Söz  dünyanın anasıdır”.

Söz möcüzədir, “yoxdan var olan yoxdan var yaradan möcüzə, yaranmışlardan “...tamı bərpa edən, insanı dərk aləmini birləşdirənmöcüzədir.

Bizim Rəhmanla ədəbiyyat haqqında, ədəbiyyatımızın bədii-estetik problemləri barədə söhbətlərimizin kökündə həmişə F.Dostoyevskinin belə bir fikri dayanmışdır: “Sözlə düz dolanmaq lazımdır”, “Bədii əsərlə zarafat eləmək olmaz”. Rəhmanın sözə, şeirə münasibəti son dərəcə ciddidir, ehtiramlıdır, səmimidir. Onun poetik intonasiyası təbiidir.  İntonasiyasında səslər dən-dən dənələnir. Hər sözündə torpaq dənəvərliyi, hər şeirində torpaq ətri var. Sözünün sanbalı, möcüzəsi doğma torpağa, el-obaya, dilə bağlılığından gəlir. Amma öncə Allaha bağlılığından. Allahın yerini, torpağın, elin, dilin çəkisini bildiyi kimi  sözün çəkisini bilir, ustadı Füzuli kimi onu candan duyur.

Şeir sirrdir. Bu sirr, Mixail Epşteyn demişkən, “fantastik olanla gerçəyin  sərhəddində, onların sezilməyən qarşılıqlı keçidlərində yaranır”.  Onu isə Şair yaradır. Əgər Rəhman deyirsə ki,  Şair şeir-şeir yanır şam kimi,/ Dünya bu işıqdan tutub dayanır”, deməli, Dünya  SÖZə  sığınır, ŞEİRə, ŞAİRə arxalanır.

Rəhman üçünOl!” sözü təzə de

yilən vaxtlarda şeirləri ortada yox idi. Amma dünyaya gəldiyi doğma Ağdamın Üçoğlan kəndinin şeir ətirli ab-havası vardı. Sonradan kəndin şeir ətirli  ab-havasını nəzmə çəkənağıl dəryası” – yetişdi. O kənd şeiringeniş düzlər mənzərəsini, mühitini verdi, onları şeirə çevirəcək şairini . OnunAğıl dəryasışeiri əvvəldən-axıra bu prosesin tarixçəsidir. 

Hər bir  sənətkarın şəxsiyyəti  əsərlərində özünü məxsusi tərzdə göstərir. F.Solloqub deyir ki, əslində, oxucu üçün yeganə meyarşairin ümumi mənəvi simasıdır”. Flober isə deyir:   ideal sənətkar öz əsərində Tanrı kimi hər yerdə var olmalı, ancaq heç yerdə gözə görünməməlidir. Əsas məsələ müəllifin əsərdəgözəgörünməzmövcudluğunun ifadə, forma prinsiplərini tapmaqdır.  

Rəhman Babaxanlının yaradıcılığına bu kontekstdən yanaşanda ilk növbədə qeyd etməliyik ki, dünyaya estetik münasibətdə onun individuallığı (fərdilik) şəksizdir. Bu keyfiyyət isə kənardan izah olunmur. İndividuallıq, A.Losevin hesab etdiyi kimi, ancaq özündən  izah olunandır.

Rəhman Babaxanlının hələ sovetlər dövründə, vahid ideologiyanın hamıya hər şeyə hakim kəsildiyi zamanlarda, yaratdığı yaddaqalan poetik obrazlar, tutarlı deyimləri onların arxasında dayanan mövqe doğrudan da hünər tələb edirdi. Bu, bir-birini qarşılıqlı şərtləndirən güclü mövqe, istedad, orijinal təb, poetik ehtiras enerjinin qranit bölünməzliyindən, bu bölün-məzliyə sadiqlikdən gəlirdi. S.Kravçinskinin məşhur bir sözü var: “Terror dəhşətli şeydir. Terrordan daha pis bircə şey var. O da zorakılığa səssizsəmirsiz dözməkdir”. Zorakılıq isə gücdən deyil, gücsüzlükdən yaranır. Zorakılıq özündə olmayan gücdən başqalarını məhrum etmək cəhdindən başqa bir şey deyil. Əsl güc özünü başqalarına həsr edir. O, yaranışdan əxlaqidir. 

Onun hələ 70-80-ci illərdə yazdığı  Səsini içinə salan adamlar”, “İnqilab s. şeirləri dediyimizə  misaldır.

 Onun poeziyasının səciyyəvi xüsusiyyətlərindən biri bayağı tərənnümçülükdən uzaq olmasıdır. Rəhmanda tərənnüm var, tərənnümçülük yoxdur. Onun poeziyasında həmişə Azərbaycan gerçəkliyi, Vətən, insan, ümumbəşəri dəyərlər tərənnüm edilir. Rəhman sosializm realizminin tələb etdiyi kimi, ideoloji tərənnümçülüyə köklənmiş təsdiqedici pafosa malik şablon ədəbiyyatı yaratmayıb. Böyük Səməd Vurğunun göstərdiyihər cürə sözçülükdən, uraçılıqdan, ritorika dediyimiz bataqlıq çirkabdan təmiz olan bir yol  tutub. Məhz bu mənada tərənnümçü şair olmayıb, tərənnümçü şair deyil.

Tərənnümçülükdə bir seyrçilik onların doğurduğu müəyyən indifferentlik olur. Rəhman Babaxanlıda indifferentlik yoxdur, çünki onun poeziyasında yaradıcılıq prinsipi kimi birinci yerdə Sintez  deyil, hərçənd şeir başdan-başa sintezdir, Analiz (poetik təhlil) gəlir. Analiz dərinliklərə enməkdir endikcə təhlil edilənləri zərrə-zərrə yaşamaqdır. Məhz bu dərinliyə endirən Analiz özündə Sintezi gətirir. Burada indifferentlik mümkünsüzdür.

Digər bir səciyyəvi cəhət: Rəhman Babaxanlı poeziyasının mənbəyi xalqımızın  mənəvi dünyası, bu dünyada tarixlər boyu öz əksini tapmış Azərbaycan gerçəkliyi,  dövlətimizin, dövlətçiliyimizin taleyidir. O, milli mənəvi dünyamızın parçası olan öz poetik dünyasını, Moruanın dediyi kimi, daha birinsani dünyayaratmışdır. Bu yolda Rəhmanın bayağı beynəlmiləlçiliyi olmayıb. Heç vaxt düşmənə  dayıdeyib şeir qoşmayıb. “Qılınclarla ağız-ağıza dayan” – deyib. Rəhman deyir ki,

 

Yaddaşı  boydadır insan,

Tarixi  boydadır ölkə.  

      

Bu böyüklüyü yaşayan yaşadan Rəhman Babaxanlı işıqlı, nurlu şairdir, şəxsiyyətcə bütöv, daxilən azad sənətkardır. Onun poeziyasının kökündə bir aydınlıq var. Rəhman ulu türk dünyasının genişliyini, əzəmətini, vətəni, torpağı, milləti, dövləti, dövlətçiliyi, insanı, dünyanı onları Yaradanı sevir. Şeirləri sevgisindəndir. 

 Rəhman Babaxanlı şöhrət dalınca qaçan

şair olmayıb. Şan-şöhrətin hansısa mənəvi qurban tələb etdiyini bilən Rəhman həmişə şan-şöhrətdən qaçıb, mənəviyyatını, şeir, sənət beşiyi olan Azərbaycanımızda öz poetik nəfəsini, orijinallığını saxlayıb.

Rəhman Babaxanlını seçdirən cizgilərdən biri həssas səmimi şair olmasıdır. Onun qənaətinə görə, “ən böyük vətəndaşlıq səmimiyyətdir”. Sözünün sanbalı, şeirlərindəki vətən havası istəyinin gücündən, istedadının həssaslığından, təbinin səmimiliyindən qaynaqlanır. 

Dostoyevskiyə görə, “çox şeyi bilməmək, amma duymaq olar. Qeyri-iradi, düşünmədən lap çox şey bilmək olar”. Yəni dahi yazıçı hesab edirdi ki, zənn, güman, öncəduyma, fəhmin işığıbütövlükdə poetik ehtiras düşünüşü ötüb keçir, çox şeydə onu qabaqlayır. 

Rəhman Babaxanlının yaradıcılığına bu yöndən baxanda onun poetik ehtirasının gücünün, fəhminin bugünkü tariximizi qabaqladığı aydın görünür. Qarabağ müharibəsindən xeyli öncə oğulları qurdürəkli olmağa, vətənə  oğul olmağa səsləyən Rəhman bunun üçün döyüş meydanı olacağını da, azadlıq yolunda, müharibə meydanında şəhidlik zirvəsinə ucalacaq qurdürəkli oğulları da sanki öncədən görmüşdü. Belə qurdürəkli oğulların adından hələ 1982-ci ildə deyirdi: “Vətən köynəyindən keçirir bizi”.

Bir vaxtlar yel qanadlı ümidləri heyratı, bayatı üstə köklənib uçan, heyratısı da, bayatısı da, ağısı da, muğamı da Qarabağ olan Rəhman Qarabağın ağısınıBir səsin qarasıncaşeirində  (1982) belə demişdi:

              

Heyratım, bayatım, ağım, muğamım,

Mənim Qarabağım, mənim Ağdamım!

Sənin şikəstəni deyə bilmədim,

O qara sevdanın qara yasında...

Mənim batan səsim bir xəncər kimi

Pas  atır qəlbimin tən ortasında...

 

 Bunlar Rəhman Babaxanlıda tarix hissinin gücündəndir. Eliot yazır ki, tarix hissi belə bir həqiqəti nəzərdə tutur  keçmiş nəinki keçməyib, o, indidə  davam edir...   Zaman xaricində olan  bu tarix hissi yazarı ənənəyə qovuşdurmaqla bərabər, onu zamanda öz yerini öz müasirliyini duymağa məcbur edir. Rəhmanın şair fəhmində keçmiş, indi, gələcək birgədir, bütövdür. Bu fikri Y.Seleznyovun sözlərilə belə dəqiqləşdirmək olar: şair Rəhman Babaxanlı tarixi müasirliyin möhkəm bir düyününə cəmlənmiş kimi hiss edir: bütün keçmiş , gələcək buradadır, çörək buğda dənəsində, palıd qozada olduğu kimi.   

Şair 1987-ci ildə  İki səhvşeirində milləti iki amilin məhv edəcəyini deyirdi. Bu amillər  özünə qapılıb həvəsdən düşmək geniş mənada alqı-satqı idi. Bunların hər ikisi səhv idi.

Sonralar xalq mübarizəsi doğrudan da bəzi mənəviyyatsızların əlində siyasi möhtəkirlik  alətinə, ulu Vətənimiz kreslo davası səviyyəsində alqı-satqı predmetinə çevrildi. Onlar bir-birini əvəz elədikcə xalq ağlamağa-sıtqımağa məhkum oldu. O ərəfələrdə LaçınBakı arasında yollarda Rəhman Babaxanlı millətin taleyini düşünə-düşünə başımıza gələnlərin səbəb-nəticə, təsadüf-zərurət əlaqələrini belə götür-qoy edirdi:

   

Dedik, başımıza yağan daşların

Çoxu təsadüfdür, azızərurət!

Torpaq dilə gəldi: “Axan yaşların

Dadı təsadüfdür, duzuzərurət!

                          

Müharibə başlandı. Onda keçmişimizə güvəndik, mənəviyyatımıza tapındıq. Gücü orada aradıq, təsəllini orada tapdıq. Güclü mənəviyyatımızla hər şeyi həll etmək istədik. Rəhman demişkən, “başsız başçıların millətiağlar günə  qaldı.

Hələ Şuşanın süqutundan dörd ay  əvvəl bu faciələri görən şair Rəhman BabaxanlıŞuşada yazılan sonuncu şeirində (“Şuşaqəzeti, 08.01.92)  belələrinə kəskin etirazını bildirir, var səsiylə onları vətənin, millətin taleyinə laqeyd olmamağa çağırırdı. SonraZərurət”, “Qəhrəmanlıq”, “Gülürsən”, “Qaçqınlıq”, “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub s. şeirlərini yazdı.

Qəhrəmanlıqşeirinin fonetik tərtibatının, məna yükünə uyğun ritminin bütövlükdə intonasiyasının kifayət qədər emosional şəkildə ifadə etdiyi niskillərimiz əsərin elə ilk bəndlərindəcə dərhal verilir. Birinci bənd (niskillərimiz)  elegiya nəqəratı kimi şeirin sonunda təkrarlanır, şeiri qapadır. Refren forması göz bəbəyi kimi qoruya bilmədiklərimizi sanki bir yerə yığır. Eyni zamanda, şeirdə belə bir  seçim qoyulur:

 

Ya gərək əzab içində

əziləsən, büzüləsən.

Ya gərək qəzəb içində

səngərlərə düzüləsən.

 

Rəhman Babaxanlının yaradıcılığında xüsusi seçilən bu məqamı da vurğulamaq istərdik. Bakının küçə meydanlarını, hər tin, hər döngəsini əcnəbi reklamları bürüyəndə, şəhər reklam yarışına çıxanda Rəhman bu yarışa da Qarabağ müharibəsi prizmasından baxdı – “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktubu  yazdı. Yazdı  ki: 

 

Ancaq düşmənlərin zindanlarında

Yanır Şuşa, Laçın, Kəlbəcər, Ağdam,

Füzuli, Cəbrayıl, Qubadlı yanır...

Zəngilan özünü atır Araza...

Xocalı hər gecə qana boyanır,

Reklamsızdır deyə, gedir güdaza...

 

Adətən, belə mövzulara həsr edilmiş şeirlər gurultulu çağırışla,  hay-həşirə gedib çıxan bir küylə müşayiət olunur. Rəhman Babaxanlıda dərdin ağırlığı bütün gurultulu hay-həşirlərin üstündən basır, onları boğur dərdimiz özü boyda ağır bir tonda qabarır. Dərdin ağırlığı şeirin ləngərinə dönür. Bu,  poetik intonasiyanın təbiiliyindəndir şeirdə intonasiya əsas rol oynayır. Şeirdə göstərilən dərdlərin üçü ağırdırodda yanmaq da, sulara qərq olmaq da, al-qana boyanmaq da. Şair bunları  insanlara dərs götürüləsi  görk  kimi təqdim edir.

Xocalı faciəsindən hələ neçə il əvvəl belə bir dəhşətli hadisənin əlamətləriniBir cüt ayaqqabı, bir şüşə benzin...” şeirində göstərən şair  yanan on yaşlı mələk qızcığazın poetik heykəlini ucaltmışdı. (Bu barədəXalq Ordusu” (1992), “Bizim əsr” (2005) qəzetlərində yazmışdıq).

Millətimiz müharibənin min bir zillətini yaşadı. Bu taleyə biganə olanlara  lirik qəhrəmanı deyir:

 

Gah qaçqın deyirsən, gah da ki,  köçkün,

Mənəm   taleyikəm,  yığvalı   küskün!

Demirəm, başımın daşı bu pis gün

Torpağına gəlsin, daşına gəlsin...

Başıma gələnlər başına gəlsin?..

 

Qaçqınlıqşeirinin intonasiyasından da  aydın sezilir ki, bu, qarğış deyil, özlərini Allah sayan manqurtlara ünvanlanmış sualdır. Bu sualda qışın oğlan çağı qarlı aşırımlardan ayaqyalın, başıaçıq keçib gəlmiş, öz elindənobasından, isti yurd-yuvasından didərgin salınmış, onun-bunun küncünə-bucağına qısılmağa vadar edilmişyığvalı küskün”, qəlbisınıq soydaşlarımızın naləsi səsləndirilmişdir.

Butaleyikəmzavallılar belə ağır vəziyyətdə qürurlarını, insanlığı, vətənə, torpağa sevgilərini qoruyub saxlayırlar. Onlar hətta qarğıyanda  da  daşa-torpağa qıymır, ona ağır söz deməyə dilləri gəlmir, xalq, vətən qədri bilməyənləri qarğıyırlar. Bu, zəngin milli mənəvi keyfiyyətlərimizi bütün tarixi əzəmətilə özündə canlandıran milli xarakterimizin ümumiləşdirilmiş obrazı, mənəviyyatımızın abidəsidir.

Şeirdə sualların ünvanlandığı nakəslər , təəssüf ki, yad deyildi.

Rəhman Babaxanlı məhz bu mövqedən deyəndə ki,  Dərdi açıbağartmaq olmur,/ Varağın çoxu qalıryəqin elə onu nəzərdə tutur ki, dərdi açıb-ağardanda ağı kimi səslənənQaçqınlıqşeirindəkilər ortaya çıxır. Amma varağın   qalması da dərddir. Varaq qalanda şair öz dərdi ilə başbaşa qalır“ (“Mən sənə dərdimi demərəm daha”), görür     Kiminin dişi ağarır, / Kiminin saçı-saqqalı.  Bunun özü şairə bir dərd olur.    

Baxtabaxt” (1988-ci il) şeirində göstərilən başıdaşlıların diqqətini bir neçə il sonra Xocalı faciəsinə yönəltməyə cəhd edən şair  Gülürsən...” şeirində hamını, “Qəhrəmanlıqşeirindəki kimi, bir böyük  dilemma qarşısında qoyur. Əslinə qalsa, bu, dilemmadan daha çox antinomiyadır:

   

Gülmə, sən güldükcə gülürlər bizə!

Gülmə, sənə gülən düşmənlərə bax!

Xocalıdan sonra sifətimizə

  gülmək yaraşır, ağlamaq.

    

Gülün, əsir qıza, əsir oğlana

Gülüş yaraşırsa, buyurun, gülün!

Xocalıdan sonra Azərbaycana

Ya döyüş yaraşır, ya da ki...  ölüm...

    

Rəhman Babaxanlının yaradıcılıq bioqrafiyasına bu qısa nəzər onunümumi mənəvi simasınınsaflığını göstərir, onu da göstərir ki, Belinski demişkən, “poeziya həyatın ifadəsidir, daha doğrusu, həyatın özüdür”. Bir : “həyat poeziyada daha çox həyatdır, nəinki həyatın özündə”. Rəhman öz poeziyasında yaşayır həmişə yaşayacaq.

 





09.06.2014    çap et  çap et