“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir.
525.az xəbər verir ki, layihə rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.
Layihənin növbəti buraxılışında Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb Dəftəri” hekayəsi təqdim olunub.
Əsəri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qiraət edib.
Qiraəti təqdim edirik:
çap et