525.Az

"Türkiyə məğlubmudur?"- M.Ə.Rəsulzadənin əsərləri


 

"Türkiyə məğlubmudur?"- <b style="color:red">M.Ə.Rəsulzadənin əsərləri</b>

Məhəmməd Əmin Rəsulzadə "Əsərləri" V  cild  (1918 – aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

(Əvvəli ötən şənbə sayımızda) 

Hərb dəhşətləri altında məhv olan insanlara sülh bəşarəti, cahangirlik altında paymal olan millətlərə istiqlal müjdəsi, istibdad çəngəlində can çəkişən zəhmətkeşlərə hürriyyət nəvidi verən İngiltərə, Fransa, Amerika müttəfiqlərinin cəmaətləri dəxi müxtəlif cinslərdən, millətlərdən verilən bəşarət, müjdə o nəvidlərə müstəhəqq təbəqə cəmiyyətlərdən ibarətdirlər.

Verilən vədlərin vəfa şəfa ilə ifası onların kəndilərindən ötrü mənasız degildir.

Zənn edirmisiniz ki, Böyük Britaniya məhkum etdigi düşmən məmləkətlərdə ki, əhalinin hüquqi-milliyyəsini təmin eləsin , bu müzəffəriyyətin hüsulində kəndisi ilə silah arkadaşlığı edən hindlinin ehtiyacını nəzərə almasın? Yaxud İrlanda humrulı nəticəsiz qalsın...qətiyyən degil.

Hərbi-ümumi bir şeyi isbat etdi. Bunu hər şeydən ziyadə isbat edən İngiltərə, Amerika, Fransa ittifaqı isbat etmiş oldu.

Bir millətdən təşəkkül edən dövlətlər, yaxud millətləri təzyiq ilə degil, ülfətlə birləşdirmiş olan dövlətlər müzəffər çıxdılar. Müqabilə qüvvətləri çox oldu. Ağır zərbələrə dayandılar. Hətta bu gün məğlub kibi görülən Almaniya belə bu xususda bir istina təşkil etməmişdir.

Kimsədən ötrü gizlin degildir ki, bu hərbi-ümumi əsnasında ən çox sarsılan, ən çox daxili təşvişlərə tutulan axırda bəxilənmiş olduğu parçalara dağılan hökumətlərRusiya, Avstriya Türkiyə hökumətləri olmuşdur. Çünki bu üç hökumət dünyada mövcud müxtəlif millətlərdən ibarət olan dövlətlərin ən məxluti, ən azarlıları idi. Bunların azarı milli dövlət olmamaqdan, ayrı-ayrı millətləri, mənfəətləri təbii bir surətdə degil, zor güclə bir məqsədə çevirtdirməkdən ibarətdi.

Türkiyənin nicatı Osmanlı imperatorluğu degil, türk hökuməti olmaqdadır. Amənna, buna Milyukov degil, bütün türkçülər, milliyyətin ən qüvvətli birlik cameəsini xəlqimizindili dilimdən, dini dinimdəndedigi cameəsində görən müasir müsəlmanlar dəxi etiqad edərlər. Fəqət əcəba, bu düstur neçün yalnız Türkiyəyə münhəsir olsun?! Neçün Rusiyanın səadəti tamamilə rus kütləsindən mütəşəkkil milli bir dövlət şəklinə girməkdə olmasın?! Neçün dini türkün dinindən, tarixi türk ilə birlikdə islam yolunda cihad etməkdən ibarət ola gələn əsrlərdən bəri türk sultanını xəlifəyi-ruyi-zəmin deyə tələqqi edən ərəbin Türkiyədən ayrılıb da bir Ərəbistan vücuda gətirməsi Türkiyə üçün bir səadət, bir yüngüllük ədd edilsin , məsələn, Gürcüstan, Ermənistan, daha ziyadə tamamilə başqa bir dil, özgə bir din, adət ənənata malik olan Azərbaycan Türkistan kibi vilayətlərin istiqbalı təsəvvür olunmasın?!...

Bu bir zehniyyətdir.

Zehniyyət demək insanın beynində yer tutmuş bəzi sabit fikirlərdir ki, onu oradan çıxarmaq çətin bir işdir.

Bu xəstə zehniyyət yalnız bu gün müsafir kibi bulunduğu İstanbula bir fateh bir sahib kibi girmək azarı ilə xəstə olan Milyukovun qafasına məxsus degil, kəmali-təəssüflə görüyoruz ki, bütün rus partiyalarında vardır.

Yalnız Milyukovun şagirdləri olanYedinnaya Rossiyaqəzetəçiləri degil, biz görüyoruz ki, rus partiyalarından heç biri ən soldan tutub ən sağına qədər bizim həqqi-istiqlalımızı qəbul etmək istəmiyorlar. Biz görüyoruz onlarxilaskarnaci” – deyə buraya gətirdikləri gəldikləri günəxilas günüdedikləri ingilisləri, Azərbaycan istiqlalını tanımaya nail görüncə intriqalar çevirməgə, böhtanlar söyləməgə başladılar!!... Onlar hətta o dərəcəyə gəliyor ki, adəta Azərbaycan türklərinin neçün durub da ingilislərlə ədavət eləmədiklərinə acıqlanıyorlar.

Bu xüsusda heç bir zaman barışmayan bolşeviklə kadet belə kəndi aralarında ümumi bir dil buluyorlar. Menşevik eserlə anlaşıyor. Əmələ burjayla birləşiyor. Arşın ikiləşiyor. Tıbkı Milyukovun arşını kibi. Vahid Rusiya deniliyor. Bu bütün demokratiyanın səsidirdeyə iddia olunuyor.

Azərbaycan deniliyor, bu Müsavatın intriqası, xan, bəy ağaların kələkidir sayılıyor.

Azərbayca istiqlalını bütün Azərbaycan sosialistləri müdafiə ediyordeniliyor. Buna qarşı onlar müsavatçı sosialistdirdiyorlar. Fəqət unuduyorlar ki, bu məntiqə kəndiləri   Kadetçi sosialistlərdir.

Bu bir zehniyyətdir. Fəqət xəstə zehniyyətdir. Bu zehniyyətlə bilxassə hökumət eləməyə, hakim olmağa öyrənmiş olan millətlərin firqələri tutulmuşdur. Tutulmaları bir dərəcəyə qədər təbiidir . Milyukovun milyukovçu sosialistlərin düçar olduqları xəstəliyə bən bəzi Türkiyə firqələrinin giriftar olduqlarını görmüşdüm.

Fəqət bu xəstəlik firqə partizanlığı edən bəzi politika adamlarında olsa da əmin olmalıdır ki, məsələyə daha saf daha aydın nəzərlə baxan hadisələri sağlam bir hisslə duyan xəlq, əvamfərib zəhərli siyasətlərlə xərab edilməmiş olan cəmaət hər zaman doğruyu sezər. Bir kərə bu doğruyu sezdimi, həqiqi rəhbərlərini görər, həqiqət yolunu tapar.

Ümid edəlim ki, tarixin bir məsəlini daha qeyd edəmədigi cahan müharibəsinin verdigi dərslər nəticəsində müqəddərati-aləmə icrayi-təsir etmək vəzifəsilə vəzifədar olan böyük millətlərin böyük demokratiyası bu böyük həqiqəti sezəcək dərəcədə həssas olsun.

Bu olursa, o zaman arşınlar birləşir. Türkiyə üçün istənilən Rusiya üçün istənilir. “Demokratiyadenildiği zaman mənası dəgişilib rus millətianlaşılmaz. “Azərbaycan millətini dəxi bəy, xandeyə təfsir edəməzlər!

M.Ə.Rəsulzadə

Azərbaycan” 12 qanuni-sani (yanvar) 1919, №85

Nəvidvədə
Müstəhəqqehtiyacı olan, layıq
Məxlutqarışıq
Məşiyeriş, hərəkət, rəftar tərzi
Bəxilpaxıl, simic, xəsis
Naciqurtulan, nicat tapan         

Zakatala məsələsi

Zakatala okruğu Zaqafqasiyanın xalis müsəlman əhali ilə məskun vilayətlərindən biridir. Buradakı 100 min əhalidən, ən mübaliğəli hesabla ancaq 5 min miqdarıinqloadı ilə məşhur gürcü manənd bir cinsdən olub mabəqisi qismən türk, qismən ləzgi həpsi müsəlmandır. Türkcə bütün müsəlmanlar arasında danışılır ümumi bir dildir. Bura əhalisi əskidən İlisu sultanlığı adı ilə muxtar müstəqil bir həyati-siyasi ilə yaşıyaraq daima müsəlman məmləkəti olmuş, Rusiya tabeətinə keçdikdən sonra dəxi bir idareyi-müstəqilə halında bulunmuşdur.

Zakatala okruğu Zaqafqasiyada təşəkkül edən cümhuriyyətlərin hankısı daxilində olmalıdır?

Bu məsələ ortaya atılınca yuxarıda söylənən əlamətlərə bir bu vilayətin sıldırım Qafqaz silsiləsi ənkində olduğunu əlavə etməlidir.Vilayətin Şimalı Qafqasiya ilə olan rabitəsi aylarla bağlanıyor. Coğrafiya nöqteyi-nəzərindən Zakatala Nuxa qəzasının mabədidir. Bunlar nəzərə alındığı zaman yuxarıdakı sualın cavabı kəndi-kəndiligindən verilmiş olur.

Zakatala əhaliyi-islamiyyəsi bu xüsusda məntiqin, milli, dini, ictimai coğrafi məntiqin icab etdirdiyi cavabı zatən vermişlərdir. Daha Cənubi Qafqaz müsəlmanlarının mərkəzi komitəsi təşkil olunduğu zaman zakatalalı qardaş-larımız kəndi nümayəndələrini göndərməklə bizimlə mərbut olduqlarını göstərmişlərdi. Azərbaycan hökuməti ilk dəfə olaraq Gəncədə təşəkkül elədiyi zaman Zakatala vi-layəti dəxi bu hökuməti tanıdı, onun göndərmiş olduğu məmurları qəbul elədi. Zakatala Milli Komitəsi vilayətin Azərbaycan daxilində olduğunu rəsmən elan elədi. Şimdiki halda dəxi Zakatala nümayəndələri Azərbaycan parlamanında isbatı-vücud ediyorlar.

Meydanda bu qədər bariz sübutlar,cərh edilməz -lillər, söz götürməz bürhanlar var ikən Gürcüstan-Azərbaycan ittihadının daisi olanQruziyaqəzetəsinin Azərbay-can Zakatala uyezdindəki həqqi-hakimiyyətini inkar edəcək bir tərzdə nəşriyyatda bulunmasına təəssüf etməmək qabil degildir.

Azərbaycan hökuməti hər bir nöqteyi-nəzərdən ixtilaf götürməz bir qitəsi olan Zakatalaya aid olan övraq -siqələrin kəndisinə təslimi üçün Gürcüstan hökumətinə müraciət eləmişdi. Gürcüstan hökuməti isə bu vilayətin kəndisinə aid oldugunu iddia ilə, məsələ həll olunmayana qədər istənilən övraq vəsiqələrin Azərbaycan hökumətinə veriləmiyəcəgini bildirmişdir. Gürcüstan hökumətinin bu hər növ heyrət təəccübə-şayan olan cavabınıQruziyaqəzetəsi iki əl ilə imza ediyor. Həm Gürcüstan ilə Azər-baycan münasibatına suyi-təsir hasil edəcəkbu məsələdə Azərbaycan hökumətinin bu kibi bir təklif ilə Gürcüstana müraciət eləməsini səlah görmüyor.

Qruziyaqəzetəsi hüdud məsələlərinin həllində yalnızmilliyyətprinsipindən nəşət edib məsələyi hankı yerdə, hankı millət oturuyor, – deyə həll etməyi müvafiq görmüyor. Zakatala okruğu tarixən bir Gürcüstan vilayətidirdiyor.

Biz bu məsələyi şu sırada mövzuyi-bəhs etmək istəməzdik. İstəməzdik ki, arada felən bir məsələ yox ikən Zaqafqasiya cümhuriyyətləri bədxahlarına artıq söz danışmaq üçün fəzlə material verək.

Qruziyaqəzetəsi topraq üzərində yaşayan xəlqin arzui-ümumisi, rəyi-qəti, nüfusun cinsiyyəti, dili, adət əxlaqı bütün bunlar üzərinə, cəbrən degil, yerli xəlqin kəndi tip xatiri ilə vaqe olmuş bir işi (əmri-vaqe) degil, xatiri sayirlər bir əsas olmaq üzrə yalnızGürcüstanın hüquqi-tarixiyyəsinietibara alır ancaq bu düstura təqdis edib , iddialarını yalnız bu nöqtədən iqamə edərsə, o zamanəmin olsun ki, – tək qalır, kəndisinə dost bulamaz.

Gürcüstan böylə bir iştaha ilə yaşarsa,o zaman Qazax qəzası ilə Gəncə qəzasını dəxi təhlükəyə məruz görmək qorxusunu bəsləməyə həqli olmazmıyız?

Bu kibi iddialar nəyə yarar, əcaba? Demokrat Gürcüstan kəndisinə bir növlə isanamiyan Axisxayı alır, cəbrlə olsa da Borçalıyı tutar, yerli əhalinin ruhuna, arzusuna, cinsiyyətinə əzminə rəğmənfərz edəlimZakatala ilə Qazax sairəyə malik olarsa qazanır?

Kəndisinə müxalif vilayətlər, kəndisinə darğın qomşular.

Biz Gürcüstan hökumətini etidala, dostunu tanımağa dəvət edəriz. Azərbaycan ilə Gürcüstanın dostluq anlaşmaqdan hasil edəcəkləri böyük mənfəətlər yanında bu kibi könül bulandırıcı hərəkətlərə məhəl qalmamalıdır. Təyini-hüdud kibi məsələlərdəki əsrimizin ruhuna uyan əsasların milliyyət rəyi-amm (referendum) olduğu hər kəsdən ziyadə Gürcüstan hökuməti başında duran sosial-demokratlara bəlli olsa gərək. Milli tələbləri demokratlıq cildinə geydirmək məharətində Sereteli kibi natiqpərdazlar hər qədər mahir olsalar da, təsirləri yalnız Azərbaycan hüdudininəfəslikdən bir az uzaqlaşdırmaq, Tiflisə nəfəs verdirmək üzərinə aid ola bilər. Yoxsa qəti imperialist məsləki olanhüdudi-tarixiyyəəfsanəsini Sereteli cənabları belə söyləsə, kimsə onu bir həqiqət olaraq qəbul edəməz.

Zakatala müsəlmanları isə heç bir vəchlə gürcü hökumətini qəbul edəməzlər. Onların böylə bir əzmdə olduqları gürcü məhafilinə məlum olsa gərəkdir.

Zakatala okruğu Azərbaycanın zəngin, hasili-xiz, ğəyyur həmiyyətmənd bir qitəsidir. Bu vilayət Şərqi Qafqasiyayı anarxiya seli silib süpürməkdə olduğu bir zamanda kəndi arasından kafi miqdarda könüllü çıxarmış, kəndisini müdafiə eləmişdir. Azərbaycan hökuməti əxzi-əskərə başladığı zaman bu vilayət böyük bir sürur şövq ilə əskərligi qəbul eləmiş, bütün gənclərini silah altına almışdır.

Nasıl olur da böylə bir vilayətə bu qədər şövq, zövq hissiyatla mərbut olduğu məmləkətdən ayrılmaq, istəmədiyi bir məmləkətə qoşulmaq təklif olunur?!...

Bir məmləkətin bir dövlət tabeyətində bulunması üçün müasirinin qanacağına görə hər şeydən əvvəl o məmləkət əhalisinin könlü əldə olmalıdır.

Gürcüstan hökumətinin Zakatala okruğu üzərinə iddiayi-təmlik etmək üçün əlində nəyi var? Azərbaycana vermək istəmədiyi övraqmı?

İştə o qədər.

Varsın bir tərəfdə əhalinin milliyyəti,dini, meyli, arzusu güc istemal etmədən hasil olan bir əmri-vaqe, digər tərəfdən təsadüfən əldə qalan köhnə idarələrə aid bir takım övraq vəsaiq olsun.

Bitərəf bir məhkəmə hüzurunda bunlardan hankısının daha qüvvətli bir həcət olduğu bir takım rəsmi mülahizələr hikməti-hökumətkibinazik nöqtələr bağlı olan Gürcüstan hökumətincəməchulolsa da gürcü-türk dostluğunun mürəvvici bulunanQruziyaqəzetəsindən ötrü heç olmasa məlum olmalıydı.

Təəssüf olunur ki, gürcü qonşularımıztarixi hüdudprinsipini suyi-təvilə uğratıyorlar. Fəqət ümid edəlim ki, vəqtin əhəmiyyətini dərk elər bu təvili fəna bir surətdə istemal etməyə qədər getməzlər.

M.Ə.Rəsulzadə

Azərbaycan” 14 qanuni-sani (yanvar) 1919, №87

Manəndoxşar,bənzər
Mabəqiyerdə qalan, qalıq
Bürhansübut, dəlil
Övraqkorlanmış
Təşəttutsəpələnmə
Anımxalq, camaat
Xizdayanan, duran, qalxan
Sərvərbaşçı
Mərvinağıl olunmuş,
rəvayət edilmiş    

Türkiyə məğlubmudur?

Mütarikə əqd olunmuş, Türkiyə aman istəyəcək bir dərəcəyə gəlmiş, müttəfiqlər İstanbula oturuyorlar.

Demək Türkiyə məğlub olmuş.

Zahiri düşünülürsə böylədir. Məğlubluq vaqeədir.

Bu mülahizədən baxılarsa çox adamlar Türkiyənin məğlub olduğuna hökm edərlər. həm sözün cəmaət arasında mötad olan mənasilə böylədir.

Türkiyə müttəfiq dövlətlərə qarşı məğlubdur. Mənsub olduğu müharib dövlətlər zümrəsi sındı. O da onlarla bərabər basıldı, məğlub oldu.

Bu xüsusda iki söz olamaz. Böylə zahiri bir müha-kimənin təsiri çox böyükdür. Yalnız zahiri binamlar degil, Türkiyənin məarif naziri məqamında bulunan filosof Rza Tofiq bəy cənabları dəxi hökumətə vaqe olan bir sorğuya cavab verərkən yapalım onlar qalibdir, biz məğlub, hökm qalibindir” – demişdir.

Məarif nazirinin böylə filosofanə bir rizadə bulunması məbuslardan bəzinin ötəri tənqidatına məruz qalmışsa da, ən şiddətli taziyanəyi İstanbul qadınlarından yemişdir.

Oxucular yəqin hiss ediyorlar ki, “Qazi Köyxanımlarının qəzetələr vasitəsilə nəşr eləmiş olduqları protes-tonamədən bəhs ediyoruz. Qəzetəyi diqqətlə oxuyanların ömürləri uzunu unutmayacaqları lazım gələn bu fəqərəyi, hər ehtimala qarşı bir daha buraya nəql ediyoruz. Bəlkə oxumamış olanlar vardır.

İstanbulQazi Köyxanımları məzkur protestolarında diyorlar ki:

Tarix cəhlinə Çanaqqalanın müdafiəsi kibi bir şah əsəri ehda edən qəhrəmanların ana, zövcə, həmşirə qızları olan bizlər Çanaqqalanın müqəddəs topraqları altında yatan şəhidlərimizin ruhi-müəzzizləri qarşısında türk qadınlığına aləmi-mədəniyyətə xitab ediyoruz:

Limanımızda görülən ahənin qələləri məğlub edən qaraya çıxarılan yarım milyon əskərini dənizə tökən milləti-mizi məğlub ədd etmiyoruz.

Dün Məclisi-Məbusan kürsüsündən hökumət naminə söz sözləyən məarif nazirininməğlubuz, istədiklərini yaparlarsözlərini şiddətlə protesto edəriz.

Paçələrimizi yırtan sonra hürriyyəti-cahan naminə deyə hərb etdiklərini elan edənlərə təəssüf ediyoruz. Hüquqi-milliyyə ismətimizi mühafizə edəcək hökumət ərkan yoxsa biz varız”.

Qazi Köytürk xanımlarının bu protestonaməsi müşkül zamanlarda gücü ancaq dilinə çatanların qüvvət vahimindən arı sözü kibi görüləməz.

Bu sətirlərdə böyük bir qüvvət, bir iman qüvvəti görülüyor. Çanaqqala müdafiəsi kibiŞah Əsərin ittihadı ilə qəhrəman millətlərini məğlub ədd etməyən analar, zövcələr bacıların yerdən göyə qədər həqləri vardır.

Çanaqqala əsrimizin əqlləri heyran buraxan möcüz-nüma sənəti texnikası, böyük mənzilli topları, bilməm hanki cəhənnəm asa ixtiraları vasitəsi ilə müdafiə edilməmişdi. Burası vətənini xilas etmək, hürriyyətini saxlamaq, paytax-tını qorumaq niyyətilə canını verən qəhrəman bir millətin köksü ilə ölümü istehqarı ilə müdafiə edilmişdir. Bu müdafiə yüz minlərlə nüfuza mal olmuş. Türkiyə əməlpərvər gənc-liyi, türk millətinin çiçəkləri burada tələf olmuş, canını cana-nına vermişdir.

Müharibənin mənfur, nəngin səhifələri arasında öylə şanlı parçaları vardır ki, qarşısında təzim üçün əgilməlidir.

Məsələn, kiçik Belçikanın o ölür, fəqət dönmək bilməz əzmi, Serbiyanın hər növ məhrumiyyətlərə, məhviyyətlərə qarşı Tadem Bisinə qədər duruşu hərbi-ümuminin təqdirlərlə yad edəcək hadisələrdəndir.

Çanaqqala hadisəyi-kəbirası dəxi tarixin sitayişlərlə yad edəcəgi şanlı bir cilveyi-hərb, şahkar bir müdafiədir.

Çanaqqaladakı türklük Vardendəki fransızlıq kibi yalnız maddətən degil, mənən qalib idi. Türklər Çanaq-qala müdafiəsini təfəxxürlərlə yad edərkənbu müdafiə ilə biz yalnız İstanbulu degil, İstanbuldan daha qiymətdar bir şeyi qazandıq” – deyə tərif ediyordular. O şey nədir:

Etimadi-nəfs!

Çanaqqala müdafiəsində müzəffər çıxan türklər bir az əvvəl Balkan müharibəsində itirdikləri etimadi-nəfslərini qazanmışdılar.

Yaşaya biləcəgizdeyə inanmışdılar.

Etimadi-nəfsin türkcəsiözünə güvənməkdir.

Özünə güvənən türk Çanaqqala müdafiəsində yalnız maddətən degil, mənən qalib idi.

Bunu artıq bəndən, İstanbul qəzetələrindən degil, türklərin böyük dostu fransız ədibi-möhtərəmi Pyer Loti həzrətlərindən ögrənəlim.

Fəqət Pyer Lotinin mütarikədən sonra Türkiyə həqqində yazmış olduğu bir məqaləsinin mövzumuza aid olan bəzi parçalarını buraya nəql etməkdən əvvəl bu böyük mühərririn kəndisi həqqində bir kaç sətir yazmadan keçəmiyəcəgəm.

Türkiyə müharibəyə girər-girməz Pyer Lotinin türklərdən üz çevirdigini, bir bəhriyyə zabiti sifətilə İstan-bula qarşı müharib olaraq getdigini türk dustağından -zur nasda tövbə elədigini rusca qəzetələr nəşr eləmişlərdi.

Şərq aşiqi səmimi bir Qərb mühərririnin olduğunu təsəvvür edəməyən adamlar bittəbii bu xəbərə inanmışlardı. Bilxassə ki, müharibənin ilk günlərində vətən qeyrəti millət təəssübünün məntiqinə uyan hər bir xəbərə inan-mamaq əldə degildi. Dünyainternasionalıuçduqdan, sosialistlərin belə qarşı-qarşıya gəlib vətən millət naminə biri-birinə qılınc çəkdikdən sonra bir fransız ədibinin təğyiri-məslək etməsində yas ola bilərdi.

Fəqət həqiqət böylə deyilmiş. Pyer Lotinin türklərə qarşı olan məhəbbətinimüəzzəz şimdi hər zamandan ziyadə şayani-pərəstişFransası ilə Türkiyə arasındakı hali-hərb belə dəgişməmiş, dəgişəməmişdir.

Pyer Lotinin türklər həqqindəki bu məqaləsini ayrıca dərc edəcəgiz. Burada isə Çanaqqalada türklərin mənən dəxi qələbə çaldıqlarını isbat edən bir yerini nəql ediyoruz.

Fransa mühərriri:

Diyoram ki bütün müddəti-həyatımda dedim ki, türklər Şərqin ən namuskar, ən salim ünsürünü, bilxassə ən səbur ən mütəhəmmil olanını təşkil edərlər” – diyor əlavə ediyor ki:

Bu iddia həqiqətə naməhrəm olanları diksindirə bilər, inanmaq istəməzlər”.

Fəqət bu kibilərin ən inadçı olanlarını belə iqna etmək üçün müharibəyə gedərkən kəndisini türklər həqqindəki fikirlərindən dolayıtəhlükəli bir xəyalçıtəsəvvür edən bir çox general, zabit nəfər dostlarından aldığı bir kitablıq minlərcə məktubdan bir parasını nəşr ediyor. Əzcümlə kəndisinə oradan (Çanaqqaladan) yazıyorlar ki: “Ox, bunları, bu nəcib qəhrəman adamları siz qədər iyi tanı-yormuşsunuz, bu adamlar ki, əsirlərə, məcruhlara qarşı o qədər müşfiqdirlər onları birər qardaşa bakıyorlarmış kibi tədavi edərlər. Bizə etimad ediniz vətənə dönüncə sizin hissiyyat etiqadatınıza biz bizimkilərini kümələrlə əlavə edəcəgiz!”.

lll

Qazi Köyxanımlarının filosof Rza Tofiq bəy əfəndiyə iyi bir fəlsəfəyi-siyasiyyə dərsi verdiklərində dərəcədə həqli olub-olmadıqlarını daha aydın bir surətdə həll edə bilmək üçün Türkiyənin üçün hərb elədigini bilməlidir.

Həqiqətən Türkiyə üçün hərb ediyordu? Üzərinə mütaliə yürütdügümüz mövzu ilə bu sualın böyük bir əlaqəsi vardır. Çünki Türkiyənin hərbdən gözlədigi məqsədi hasil olmuşsa qalib, olmamışsa məğlubdur.

Hərbi-ümumiyi doğuran amillərdən ən müəssiri olanı məşhur Şərq məsələsidir.

Bu məsələdən dolayı qarşı-qarşıya gələn iki müharib zümrə arasında Türkiyə bitərəf qala bilməyəcəkdi. Bir tərəfə qoşulmalıydı. Türkiyə Almaniya zümrəsinə qoşuldu. Fəqət bununla o, Fransa ilə İngiltərəyə degil, Rusiya çarlığına elani-hərb etdi. Rusiya İstanbulu istiyordu. Rusiya Türkiyəyə qəsd etmişdi.

Pyer Lotitürklər bizə degil, ruslara elani-hərb etdilərdiyor onların yerində kim başqa tərzdə hərəkət edə bilərdi?” – deyə kəndilərinə həqq veriyor.

Türklərin müharibədəki məqsədləri rusların qalib gəlməməsi idi.

Xəstə adammalına göz dikmiş bunun üçün canına qıymışsağlamqonşusu ilə son dəfə olaraq pəncələşməgə qərar vermişdi.

Türkiyə əsrimizdə icra olunan müharibə nöqteyi-nəzərindən müvəffəqiyyətlə çəkişməgə müsaid bir məmləkət degil ikən, daha Trablis-Qərb, Balkan hərbləri, Yəmən, Hərvan, Arnavud ixtilalları ilə siyasi inqilablar keçirmiş, yorğun bitab düşmüş ikən hərbə girdi.

Bu qələbə degilmi ki, tam mənasilə sağlam 10 milyonluqla əskər çıxarmış Rusiya kibi əzim bir dövlətin davam gətirəmədigi bu bədru-əzimədə xəstə təsəvvür olunan Türkiyə daha ziyadə qabiliyyəti-həyat göstərdi?...

Türkiyənin bu nöqteyi-nəzərdən məqsədi hasil oldu. Canına qıymış, İstanbula göz dikmiş Rusiya bu gün yoxdur. Demokratizm sosializm fikirləri ilə pürcüş bir qazan kibi qaynar bir qitə üzərində bir çox hökumətlər, istiqlallarını təminə çalışan xırda millətlər vardır. Əsl rus milləti isə Sazanov-Milyukov məsləkini təqiblə Ayasofiyanın başına xaç taxmaq qəsdində degil, kəndisinə təhəmmül olunur bir insan həyatı təmin eləməklə məşğuldur.

Bu, Türkiyənin qələbəsidir. Məclisi-Məbusan rəisi Xəlil bəy bu qələbəyə aləmşümul bir məna vermişdi. O, Çanaqqala müdafiə edilməsə bu günün hakimi Vilson degil, İkinci Nikolay olacaqdıdiyor. Bəlkə bir dərəcəyə qədər həqq söylüyor.

Tələt Paşa kabinəsinin ən böyük xətası hərbə girməsində degil, hərbdən çıxmamasındadır. Türkiyəyi təhdid edən bir Rusiya ortadan çıxdıqdan sonra türklər üçün artıq heç bir məqsədi-hərb qalmamışdı.

Məğlub olan Türkiyə Brest-Litovskdan sonrakı Türkiyədir.

lll

Ərəbistanın istiqlalını, Ermənistanın muxtariyyət alacağını, Suriyanın ayrıldığını, xülasə Osmanlı imperatorluğunun parçalandığını, Türkiyənin olsa-olsa türklərlə məskun Anadoluya inhisar edəcəgi mühəqqəq olduğunu nəzərə alaraq, nasıl olur da Türkiyə qalib olurdeyə heyrət edə bilərlər.

Osmanlı Məclisi-Məbusanında Rza Tofiqin mövzui-bəhsimiz olan nitqi irad olunan iclasda məbuslardan birisibu millət ölməz, çünki islamiyyətə istinad ediyor müsəlmanlıq osmanlılıq layəmutdur” – demişdir.

Fəqət bən cəsarət edib demək istiyordum ki, bu müharibədə məğlub olan bir şey varsa, o da müsəlmanlıq osmanlılıqdır.

Türklər elani-cihad etdilər. bütün müsəlmanları kəndiləri ilə bərabər hərb etməgə çağırdılar. Fəqət fətvai-cihad ərəb üsyanı ilə Hicaz, Suriya İraq istiqlallarından başqa bir nəticə vermədi.

Osmanlılıq fikri dəxi iflas etdi. Türklər kəndilərindən başqa kəndilərinə sadiq bir ünsür bulamadılar. Hər millət kəndi kökü üzərində bitmək istədi. Bununla mübarizə edərkən türklər erməni məqatilatı kibi maddi mənəvi böyük zərərlərə, həqiqi məğlubiyyətlərə uğradılar.

Rus imperializmi kibi türk mərkəziyyətçiligi aləmşümul müharibənin təzyiqinə dayanamadı. Avstriya xəlitəsi kibi Osmanlı xəşili qaynayıb qarışamadı.

Süleyman Qanuni zamanındakımüsəlmanlıq iksiriiqtizai-zəmanə pək yabançı bir tədbir olaraqmilliyyət kimyasıqarşısında kargər olamadı.

Osmanlı imperatorluğu ilə müsəlman xəlifəligi məğlub oldu.

Bu məna ilə filosof Rza Tofiq bəyin bütün mənasiləməğlub olduqdeməgə həqqi vardır.

Fəqət bununla bərabər, Türkiyədə əməlpərvər bir gənclik var. Bu gənclik xəlqə doğru getmək yolu ilə azim, demokrat milliyyətpərvər bir qafilədir. Əməlpərvərlər qafiləsi! Bu qafilə Anadolunun dərdlərini çəkiyor, türkün qəlbi ehtiyaclarını dərk ediyor. Çanaqqala xariqələrini göstərən bir millətin müasir bir həyati-milliyyə yoluna düşdükdən sonra qabil degil, dünya üzündən silinməyəcəginə, kəndi hürriyyətilə, düha ürfanilə xarab olmuş mədəniyyət dünyasının təmir ediləcək bağında rəngin rəna bir baxça yapacağına əmindir.

Bu əmniyyəti, bu imanı ilə o çalışıyor. Əvvəla, kəndisinə, sonra da dünya demokratiyasının əzminə, məzlum bəşəriyyətin adil vicdanına inanıyor. “Cəmiyyəti-Əqvamdaxilində türk millətinin möhtərəm azad bir mövqe tutacağı üçün çalışıyor, çarpışıyor. Bu səylər məşkur olmaya bilməz. Bu ümidlər əlbəttə ölməz.

Bu nöqteyi-nəzərdənQazi Köyxanımlarınınmillətimiz məğlub degildir!” bağırmaya həqləri vardır.

Türkiyə məğlub degildir!

M.Ə.Rəsulzadə

Azərbaycan”, 17 qanuni-sani (yanvar) 1919, №90

     

Mötad adət olmuş, dəb
Cəhlbilməməzlik, tərslik
Ehdahədiyyə vermə
Ahənindəmir
Paçəbaş, kəllə
Nəfsruh, övlad, nəsil
Nənginbədnamlıq
Etimadi-nəfsinam ruhu, özünə güvənmək
Səburçox səbirli, çox dözümlü
Mütəhəmmildavam gətirən
Müəssirtəsir edən, amil
Pürcüşçox bərk qaynayan
Layəmutölməz, əbədi
Məqatilqətl yerləri
Xəlitəqarışıq; torba
Məşkurşükr edilən, yaxşı
Bədruçirkin

(
Ardı var)

 





09.06.2014    çap et  çap et