525.Az

Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov


 

Prjevalskinin borclu olduğu şəkili – <b style="color:red">Zaman bəy Şıxəlibəyov</b>

Zəkəriyyə ƏLİZADƏ,
geologiya- mineralogiya elmləri doktoru, professor 

Doğma Azərbaycanımızın yetirdiyi qədər dəyərli oğullarımızı, dövlət adamlarımızı hələ tanımırıq! Bu yazıda onlardan biri olan Zaman bəy Şıxəlibəyovdan söz açacağıq. Zaman bəyin həyat yolu Azərbaycan (Şəki) – Türkiyə (İstanbul) – Şərqi Türküstan (Kaşğar) – Orta Asiya (Buxara, Daşkənd) torpaqlarından keçsə indiyədək bu yerlərin heç birində ona həsr edilmiş ayrıca bircə məqalə belə yazılmayıb. Bu, onun haqqında ilk yazıdır.

Rus məmurlarının 1860- ildə tərtib etdiyi, professor Ədalət Tahirzadənin Azərbaycan Respublikası Tarix Arxivindən üzə çıxardığı Şəki şəhərinin müsəlman məmur bəylərinin 82 səhifəlik siyahısında mərhum praporşik Şıxəli bəy Hacı bəy oğlunun oğulları: 22 yaşlı quberniya katibi Zaman bəy (təx. 1838), 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy 8 yaşlı Məhəmməd bəyin adlarını oxuyuruq. Burada Zaman bəyin oğulları: 4 yaşlı İsa bəyin 1 yaşlı Hacıağa bəyin adları çəkilir. Sonralar bu oğullar soyadlarını Şıxəli bəyə istinadəkŞıxəlibəyovgötürüblər.

Bizi Zaman bəy Şıxəli bəy oğlu Şıxəlibəyovun kimliyi çox maraqlandırdı, buna görə onun şəxsiyyətini öyrənməkdən ötrü ən müxtəlif mənbələrə baxdıq çox maraqlı faktlar əldə etdik. Doğrudur, bizim öyrəndiklərimiz hələ Zaman bəyin həyatı haqqında tam təsəvvür yaratmır (hətta ölüm tarixini belə dəqiqləşdirə bilməmişik), ancaq topladığımız məlumatın gələcək araşdırmalara ciddi təkan verə biləcəyini düşünürük.

***



Səbəbini
hələ dəqiq müəyyənləşdirə bilmədiyimiz bir hadisə üzündən Zaman bəy qardaşları Şəkidən Osmanlı torpağınaİstanbula qaçmalı olublar. Bizcə, bu, çarizmin müstəmləkə rejiminin təzyiqləri nəticəsində baş vermişdi. İstanbulda Osmanlı hərbi qüvvələrində qulluq etməyə başlayan Zaman bəy burada tezliklə böyük nüfuz sahibi olub.

Şərqi TürküstanıKaşğarı (bu gün ora Çinin uyğur türklərinin yaşadığı Sincan muxtar vilayəti kimi tanınır) Çin istilasından qurtarmaq üçün böyük bir savaşa girən Məhəmməd Yaqub xan (1820-1877) özünün qardaşı oğlu Seyid Yaqub xan Törəni İstanbula elçi olaraq göndərdi 16 iyun 1873- ildə elçini Sultan Əbdüləziz (1861-1876) şəxsən qəbul etdi. Məhəmməd Yaqub xanın yer üzündəki müsəlmanların qoruyucusu olan Osmanlı sultanının geniş qanadları altına sığınmaq istəməsi haqqında yazdığı məktubu oxuyan elçi ölkəsinin qorxulu durumunu şifahi anlatdıqda onun sözləri Sultan Əbdüləzizi xeyli duyğulandırmış Kaşğar xanına dərhal yardım göndərmək haqqında əmr vermişdi.

Sultanın əmri ilə yardımı təşkil etmək topxana müşiri (marşal) Əli Səid paşa ümum fabrikalar naziri Seyyid paşaya həvalə edilmişdi. Qısa müddətdə bütün alətləri ilə birlikdə 6 ədəd Krupp səhra topu, 1000 ədədi işlənmiş, 1000 ədədi isə yeni olmaqla 2000 tüfəng, piston barıt düzəldən dəzgah başqa alətlər hazırlanmışdı. Əlbəttə, bu alətləri işlədə biləcək adamlara da ehtiyac vardı. Onlardan yararlanmaqda Şərqi türküstanlılara yardımçı olmaq kaşğarlıları nizami savaşa hazırlamaq üçün Əndərunlu Murad əfəndinin başçılığı altında istehkam zabiti Əli Kazım, piyada zabiti Mehmet Yusif, süvari zabiti Çərkəz Yusif, topçu zabiti İsmayıl Haqqı Dağıstan bəyzadələrindən Zaman bəy istefada olan 4 könüllü zabit Sultanın verdiyi məktubu da götürərək elçi Seyid Yaqub bəylə birlikdə yola düşmüşdür. Xatırlatmaq istəyirik ki, o dönəm Osmanlı ədəbiyyatında Azərbaycanın şimalındakı dağlıq hissələr, o sıradan Şəki ümumiDağıstanadı altında gedirdi.

isə, Zaman bəyin daxil olduğu Osmanlı hərbi heyətini aparan gəmi Süveyş kanalından geçərək Hindistanın Bombey şəhərində lövbər atmışdır. Heyət ingilislərin törətdiyi çoxlu çətinlik əziyyətləri dəf edərək Kaşğara çatmış müsəlmanların sevgi gözyaşları arasında şəhərə girmişdir. Yaqub xan Osmanlı yardım heyətini 100 top atəşi ilə salamlamışdı. Osmanlı heyətinin bu gəlişi ilə Orta Asiyanın islam aləmində yeni həyat başlanmışdır. Göndərilmiş Türk bayrağı Kaşğar səmalarında dalğalanmış, xütbə Sultan Əbdüləzizin adına oxudulmuş pullar da onun adına kəsilmişdir. Yaqub xan Osmanlı dövlətinin ona verdiyiəmirünvanını götürərək özünüKaşğar əmiri Yaqub xan Badövlətadlandırmışdır.  Əmir Yaqub xan göstərdiyi yardıma iltifata görə Osmanlı dövlətinə təşəkkür üçün 7 aprel 1875-ci ildə İstanbula minnətdarlıq məktubu göndərmişdir.

Əmir Yaqub xan 8 iyun 1872-ci ildə ruslarla 5 maddəlik ticarət müqaviləsi imzalamışdı onun hazırlanmasında ruslarla danışığı Zaman bəy Şıxəlibəyov aparmışdı. Əmir 2 fevral 1874- ildə Hindistandakı ingilis müstəmləkə idarəsi ilə 12 maddəlik müqavilə imzaladı. Bundan sonra Rusiya İngiltərə Kaşğar əmirliyində öz konsulluqlarını açdılar. Kaşğar əmirliyi Buxara xanlığı Osmanlı dövləti ilə diplomatik əlaqələr qurdu. Yaqub xanın güclənməsindən qorxuya düşən çinlilər 1877-ci ildə onu zəhərlədib öldürdülər 1878-ci ildə yenidən Şərqi Türküstana hakim oldular.

***

Q.P.FyodorovTürküstan diyarında xidmətim (1870-1910)” adlı xatirələrində yazır ki, İvanov məni Buxara əmirini Qafqaza Krıma müşayiət etməyə göndərdi. Bu, sözsüz ki, bütün xidmətim boyu aldığım tapşırıqların içərisində ən xoşagələni idi. Hələ sürətli qatarın əla vaqonlarındakı gedişlərin rahatlığından, Pyatiqorsk Yaltadakı cah-cəlallı imarətlərdəki həyatdan danışmıram. Ancaq əmirin yaxın məiyyətində 3 ay fasiləsiz olmaq mənə böyük zövq verdi. Əlahəzrət daim elə lütfkar qayğıkeş idi ki, onun yanında qulluq etmək adama ləzzət verirdi. Pyatiqorskda bulvarda o, ayrıca birqatlı ev tutdu demək olar ki, heç yana getmədən bütün vaxtını öz kabinetində keçirdi. Tək-tük hallarda şəlaləyə, yaxud batal bulağına gəzintiyə gedirdi. Əmirin yanında məndən başqa, onun daimi saray həkimi Pisarenko tərcüməçi Zaman bəy Şıxəlibəyov da olurdu. Zaman bəy o qədər maraqlı adamdır ki, onun haqqında bir qədər danışmaq lazımdır.

Şəkidən çıxmış Zaman bəy 1876- ildə Türkiyə müharibəsi vaxtı hələ çox gənc ikən xeyli qafqazlının içərisində Türkiyəyə mühacirət edib. Rus hakimiyyətinin repressiyalarından çəkinərək geri dönməyə qorxub öz qardaşları ilə İstanbulda qalıb. 1870-ci illərdə Kokand xanlığından şərqdə müstəqil Kaşğar xanlığı mövcud idi. Bu, qabaqlar Çinin bir əyaləti olub, ancaq bir cəsur macəraçı, Orta Asiya camaatından olan Yaqub bəy adlı birisi Kaşğarda hakimiyyəti öz əlinə keçirib özünü müstəqil hökmdar elan edib (Badövlət). Bu Yaqub bəylə Kaufman sonralar hərbi nazir olmuş baş qərargah kapitanı Kuropatkinin vasitəçiliyi ilə hətta dostluq haqqında müqavilə bağlayıb. Bu hakim ölkədə bir sıra islahatlar keçirmək istəyərək Türkiyə sultanından ona bir neçə savadlı müsəlman göndərməyi xahiş edib. Sultan bu xahişi yerinə yetirib Kaşğara göndərilmiş 4-5 nəfərin arasında Zaman bəy olub. Kuropatkin Kaşğarda olan vaxt Zaman bəy ona lap çox kömək edib.

Tezliklə (görünür, Yaqub bəyin ölümündən sonra) Zaman bəy Daşkəndə gəlib Kaufmanın təqdimatı ilə Kuropatkinə göstərdiyi xidmətlərə görə minnətdarlıq kimi çar Zaman bəyin gənclik günahlarından keçib onu qulluğa qəbul etməyə icazə verib. O, ömrünün sonunadək general-qubernatorun dəftərxanasında tərcüməçi işləyib...

Bu, çox ağıllı, genişürəkli, xeyirxah, qayğıkeş heç nəyə baxmadan gerçək müsəlman idi, xristianlara rəğbətlə yanaşırdı. Əmir bu adamın gözəl xasiyyətlərini dəyərləndirməyi bacarırdı ömrünün sonunadək öz dostluq inamını ondan əsirgəmədi. Pyatiqorsk Yaltada olduğu zaman əmir Zaman bəydən demək olar ki, bir dəqiqə ayrılmırdı onlar saatlarca qəpik-quruşdan piket oynayırdılar. Əmir bu oyunu əla öyrənmişdi Zaman bəydən udduğu 10-15 qəpiyi əlahəzrətin öz xüsusi pul kisəsinə necə böyük bir məmnunluqla qoyduğunu görəndə özünü gülməkdən saxlaya bilməzsən, Zaman bəy öz növbəsində bu xoşbəxt dəqiqələrdə udduğu məbləği öz pul kisəsində gizlədirdi. Geri döndüyümüz vaxt yolda Zaman bəy mənə qürurla etiraf etdi ki, əmirdən üst-üstə 4 manat 75 qəpik udmuşam.

Pyatiqorskda bir ay qaldıqdan sonra əmir Yaltaya köçdü. Burada o, yaşayışını bir qədər dəyişdi. Hər gün səhər yeməyindən sonra Yaltanın ətrafınaLivadiyaya, Oreandaya, Massandraya, Qurzufa gəzməyə gedirdi. Mənim Zaman bəyin mütləq qatıldığımız bu gəzintilərdən  böyük ləzzət alırdıq. Əmir bir cüt boz kəhər qoşulan əla araba saxlayırdı bu araba ilə nümunəvi şosedə şütümək gerçəkdən zövq verirdi. Yaltadakı gözəl həyatı korlayan bir şey vardısa o da, əlbəttə, orden almaqdan ötrü əmirlə görüşmək istəyən qonaqların daimi üzlülüyü idi...

***

Q.P.FyodorovunTürküstan diyarında qulluğum (1870-1910-cu illər)” adlı xatirələrində Buxara xanı ilə bağlı ikinci bir qeydi var. Müəllif yazır ki, 1893- ildə imperator III Aleksandr Buxara əmiri Seyidəbdüləhəd xanı Peterburqa yanına çağırdı. Baron Vrevski əlahəzrəti yolda müşayiət etməyi Peterburqda onun yanında olmağı mənə tapşırdı. Ancaq məndən başqa əmrin məiyyətinə tərcüməçilər Sultan Asfendiyarov, Zaman bəy Şıxəlibəyov həkimlər Pisarenko Kazanski daxil idilər. 1893- ilin noyabrında mən yoldaşlarımla birgə Buxaraya yollandım əmir bizi orada təntənə ilə qarşıladı...

Bu səfərin Bakı ilə bağlı hissələriniKaspiqəzetinin 1892-ci ilin sonları – 1893- ilin başlanğıcındakı bir çox saylarında oxuyuruq. Onlarda Buxara əmirinin Bakıda olması haqqında geniş məlumat verilmişdir. Həmin məlumatların ən qısa şəkildə xülasəsi ilə tanış olaq. 

Rusiyada 2 aya yaxın qaldıqdan sonra Buxara əmiri Seyid Əbdüləhəd Bahadur xan  (1857-1911) 1893- ilin fevralında Buxaraya qayıtdı. 19 fevral 1893- ildə o, qatarla Bakıya gəldi ki, buradan paroxodla Uzun Adaya getsin. Əmirin yanında onun məiyyətinə daxil olan 10 nəfər 15 nəfər qulluqçusu vardı. Geri dönərkən onun yükü 800 pud idi. Sürət qatarı ilə əmir Tiflisdən Bakıya səhər saat 9:45- çatıb.

Əmirin gəlişi münasibətilə Bakı vağzalı bayraqlarla bayram kimi bəzədilmişdi. Qatarın dəqiq gəliş vaxtı bilinməsə perronda vağzal ətrafında xeyli camaat toplaşmışdı. Qatar yaxınlaşanda Salyan batalyonunun orkestri Buxara marşı çalmışdır. Qatarçarotaqlarının qarşısında dayanmışdır. Əmirlə bir qatarda gəlmiş Bakı qubernatoru Rogge öz vaqonundan çıxaraq qarşılayanları əmirə təqdim etmişdir. Buxara əmirinin yanında onun saray əyanlarından başqa Türküstan general-qubernatoru Q.P.Fyodorov tərcüməçi Zaman bəy Şıxəlibəyov da olmuşdur.

Buxara əmiri Şəmsi Əsədullayev Musa Nağıyevin mədənlərinə baxdıqdan sonra gündüz saat 12:30-da qubernator Rogge ilə birlikdə Həsən bəy Nəbibəyovun evinə getmiş, orada Nobel şirkətinin nümayəndələri olmaqla qonaqlarını qəbul etmiş gecəni Nəbibəyovun evində qalmışdır. Gedərkən əmir minnətdarlıq əlaməti olaraq ev sahibi Həsən bəyə qızıl zəncirli qızıl saat hədiyyə etmişdir.

***

İndisə Zaman bəy Şıxəlibəyovla bağlı ən maraqlı məqamlardan birinə gəlirik. Bu, görkəmli rus səyyahı N.M.Prjevalsinin səyahətinin baş tutmasında onun həlledici rol oynaması ilə bağlıdır.

N.M.PrjevalskiKulcidən Tyanşan arxasına Lobnorakitabında öz səyahətlərini təsvir edərkən Zaman bəyə yer ayırmışdır. O, öz xatirələrini yazarkən əvvəlcə Zaman bəyiqaralamışdır” – ondan şikayət edir, ancaq ən sonda özünün ona borclu olduğunu etiraf edir. İstəyirik ki, oxucularımız ona münasibətin Prkevalskidə necə dəyişdiyini özləri müşahidə etsinlər. Xatırladım ki, səyyah onu öncə səhvən milliyyətcə erməni bilib.

1877-ci ildəki səyahətindən söz açan zaman Prjevalski yazır: “Korla çatdığımızın ertəsi günü Badövlətin (Kaşğar xanım Yaqub xanımZ.Ə.) yaxın adamlarından biri olan keçmiş rus təbəəsi, Zaqafqaziyada Şəki şəhərindən çıxmış deyəsən, mənşəcə erməni olan Zaman bəy yanımıza gəldi. Haçansa hətta rus qulluğunda olmuş bu Zaman bəy rusca əla danışırdı ağzını açan kimi bildirdi ki, Badövlət onu Lobnoradək yol yoldaşı olmaq üçün bizə göndərmişdir. Bu xəbərdən kefim pozuldu. Yaxşı bilirdim ki, Zaman bəy bizə göy qoymaqdan ötrü göndərilir rəsmi şəxsin olması bizim araşdırmalarımız üçün yüngüllük deyil, əngəl olacaq. Belə oldu. Doğrudur, Zaman bəy bizə şəxsən çox yaxşı idi mümkün olduğu qədər bizə yardım göstərdi. Ona görə mənim bu hörmətli bəyə dərin minnətdarlıq borcum var. Onunla Lobnorda bizə Yaqub bəyin başqa etibar elədiyi hər hansı bir adamdansa daha yaxşı idi...”.

Bir qədər sonra Prjevalski yazır: “Yenə ən kəskin ifadələrlə mən bu buna bənzər onlarla hadisəni Zaman bəyin başına çaxdım...”.

Ən sonda isə Prjevalski Zaman bəyə tamam başqa cür yanaşmış, Lobnor ekspedisiyası üçün ona hədsiz minnətdar olduğunu bildirmişdir. O, gündəliyində belə bir qeyd etmişdir: “Mən Zaman bəyə atəşin bir məktub yazaraq bizə göstərdiyi bütün xidmətlərinə görə ona təşəkkür etdim. Həqiqətən Zaman bəy bizim üçün çox şey etdionsuz bizim üçün on qat çətin olardı. Biz onda heç Lobnora gedə bilərdikmi? Mənimki əcəb gətirir. Bir il tez, yaxud bir il gec olsaydı Lobnor araşdırması baş tutmayacaqdı”.

Yazımızın sonunda ümidvar olduğumuzu bildiririk ki, tarixçilərimiz bu maraqlı soydaşımızın həyatı ilə yaxından maraqlanacaq arxivlərdən onunla bağlı sənədləri üzə çıxaracaqlar. O, hərtərəfli öyrənilməyə layiq şəxsiyyətdir!

 





09.06.2014    çap et  çap et