525.Az

ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib


 

ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

 





03.08.2022    çap et  çap et