525.Az

DSX hərbi hissələrində andiçmə mərasimi keçirilib - Foto


 

DSX hərbi hissələrində andiçmə mərasimi keçirilib - <b style="color:red">Foto</b>

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə­lərində gənc əsgərlərin andiçmə mərasimi keçiril­ib.

Xidmətin mətbuat mərkəzindən 525.az-a verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsa­düf etdi­yini, Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulayıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatdırıb.

 





04.08.2022    çap et  çap et