525.Az

"Şəhid ailələrinə və müharibə əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərilir"


 

"Şəhid ailələrinə və müharibə əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərilir"<b style="color:red"></b>

"Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərilir. Möhtərəm cənab Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bu kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir".

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin, mənzillərin verilməsi, qazilərin sağlamlığının qorunması, onların minik avtomobilləri və müasir protezlərlə təminatı bu kateqoriyadan olan şəxslərə Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı haqqında fərmanı müharibə iştirakçılarına göstərilən növbəti diqqət və qayğının təzahürüdür. Artıq 2 avqust tarixindən bu fərmanın icrasına başlanılıb və on bir minədək müharibə əlilinə ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Təmsil etdiyim Bərdə rayonunda 237 nəfər müharibə əlilinə birdəfəlik ödəmə təyin olunub.

"Yeni sosial dəstək proqramı olaraq Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı bir daha göstərdi ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub" - deyə Fatma Yıldırım vurğulayıb.

 





04.08.2022    çap et  çap et