525.Az

“Milli Parklar turizm fəaliyyəti göstərən qurumdan çox, təbiəti mühafizə təşkilatıdır”


 

“Milli Parklar turizm fəaliyyəti göstərən qurumdan çox, təbiəti mühafizə təşkilatıdır” <b style="color:red"></b>

Bütün dünya ölkələri hər il ətraf mühitin mühafizəsi gününü qeyd etməklə insanları onları əhatə edən təbiətə, onun varlıqlarına diqqət yetirməyi, gələcək nəsillərə dayanıqlı sağlam təbii mühit miras qoymağı tövsiyə edir. Təqdirəlayiqdir ki, Azərbaycanda da inkişaf etmiş digər ölkələrdəki kimi ətraf mühitin sağlamlaşdırılması həm ictimaiyyətin, həm dövlətimizin daimi diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının ilbəil artması isə ölkədə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən səmərəli fəaliyyətin nümunəsi sayıla bilər.

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərindən biriŞahdağ Milli Parkı Cənubi Qafqazda ən böyük əraziyə malikdir. Bu milli park ölkənin ən əhəmiyyətli dağ meşə landşaftını özündə birləşdirir. Ekologiya Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev bu unikal ərazinin mühafizə prinsiplərindən, mövcud problemlərdən turizm perspektivlərindən danışır.

Arzu müəllim, əvvəlcə Şahdağ Milli Parkının yaradılmasının məqsədi bunun turizmin inkişafına  təsirləri, o cümlədən turizm fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı görülən işlər haqda məlumat verərdiniz.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik nəsli kəsilməkdə olan növlər transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri, yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosistemini qorumaq bərpasına nail olmaqdan əlavə, həm böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafını təmin etməkdən ibarətdir. Prezidentin 8 dekabr 2006- il tarixli sərəncamına əsasən 130508,1 hektar sahədə yaradılan Şahdağ Milli Parkının unikal təbiəti, xüsusən dağlıq əraziləri yüksək zirvələri ilə  istər yerli, istərsə xarici vətəndaşların diqqətini çəkdiyindən bölgəyə böyük turist marağı var. Bu potensialı önə çəkmək, Azərbaycanın təbliği dünyaya tanıtdırılması istiqamətində görülən genişmiqyaslı işlərin bir parçası olaraq bu fəaliyyətdə yer almaq vəzifəmizin əsasını təşkil edir.

Son dövrlərdə bu istiqamətdə görülən uğurla davam etdirilən irimiqyaslı layihələr sırasında Milli Parkın normal fəaliyyətini təmin edəcək infrastrukturun yaradılması genişləndirilməsi, İnzibati Bina Kompleksinin tikilərək istifadəyə verilməsi, bölgələrdə giriş qapılarının, treninq məlumat ofislərinin yaradılmasını  misal göstərmək olar.

Azərbaycanda milli parkların yaradılması fəaliyyəti təcrübəsi çox gənc olduğundan yalnız XXI əsrin ilk illərindən keçən dövrü əhatə etdiyindən bir sıra bölmələr, xüsusən ekoturizm fəaliyyətinin tənzimlənməsi kimi sahələr normativ hüquqi bazanın olmaması ya günün tələblərinə cavab verməməsi səbəbindən müəyyən problemlərlə üzləşmişdi. Xüsusən Şahdağ Milli Parkının ərazisində turist-rekreasiya zonalarının ölkənin müxtəlif  bölgələrini  əhatə etməsi, xüsusən Azərbaycanın ən yüksək dağlıq ərazilərinin burada yerləşməsi turist obyekti kimi maraq dairəsində olması bu boşluqları daha da qabartmışdı.  Həmçinin ərazidə turist marağına səbəb olan əsas zirvələrə gedən marşrutların birbaşa dövlət sərhəddi boyunca yerləşməsi problemin müvafiq dövlət strukturları arasında razılaşdırılmaqla həllini vacib edərək yeni normativ sənədlərin qəbulu zərurətini yaratmışdı. Buna görə 2006- ildən etibarənAzərbaycan Respublikasının Milli Parklarında ekoturizm fəaliyyətinin təşkili, mövcud problemlər inkişaf perspektivlərinə dair Milli Konsepsiya”, “Milli Parkların ərazisindən istifadənin nümunəvi Qaydası”, “Milli Parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat”, “Milli Parklarda təhlükəsizlik profilaktika tədbirlərinə dair Təlimat”, “Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının tənzimlənməsi onlara bələdçi xidmətinin göstərilməsi Qaydaları”, “Milli parkların yüksək dağlıq ərazilərində bələdçilik xidməti göstərmək istəyən şəxslər üçün akkreditasiya qaydaları şərtləri haqqında Əsasnamə digər bu kimi ciddi baza sənədləri hazırlanaraq, müvafiq qaydada təsdiqləndi.

Milli Parkların yüksək dağlıq əraziləri həm əhəmiyyətinə, həm sərhəd zonalarında yerləşdiyinə görə daha çox diqqət mərkəzindədir. Buraya daxil olmaq istəyən turistlər hansı prosedur qaydalara əməl etməlidir bu sahə necə tənzimlənir?

Milli Parkların yüksək dağlıq ərazilərində turizm fəaliyyətinin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb. Mövcud Qaydalara əsasən, Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər milli parkın müvafiq giriş çıxış məntəqələrində qeydiyyatdan keçməli onların əraziyə birdəfəlik girişi zamanı müvafiq sənədlər təqdim olunmalıdır. Bu barədə daha geniş məlumat Ekologiya Təbii Sərvətlər Nazirliyinin saytından Şahdağ Milli Parkının giriş məntəqələrindən alına bilər. Həmçinin turistlər öncədən fərdi anket vərəqələrini doldurmaqla müvafiq marşrutları seçməlidirlər. Onların ixtisaslı bələdçilərin müşayiəti altında yüksək dağlıq ərazilərə daxil olması hərəkət etməsi isə vacib  məsələlərdəndir. Qrupun hər hansı idman növü üzrə hazırlıq səviyyəsindən asılı olmayaraq, milli parkların ərazisində xüsusi qaydada akkreditasiyadan keçmiş bələdçilərin müşayiəti altında hərəkət etməsi vacib şərtlərdəndir. Öz növbəsində bələdçilərin hər hansı idman növü üzrə hazırlıq səviyyəsinə görə deyil, kompleks biliklərə bacarığa malik olan, xüsusi mühafizə olunan təbiət əraziləri barədə bilikləri olan, həmçinin ekstremal şəraitdə fəaliyyət göstərmək bacarığı olan şəxslər sırasından seçilməsi tələb olunur. Bununla bağlı Milli Parkların yüksək dağlıq ərazilərinə səfər etmək istəyən ekoturistlərin təhlükəsizliyinin təmin olunması onların ixtisaslı gid-bələdçilərlə təmin edilməsi məqsədilə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentində müvafiq  Akkreditasiya Komissiyası yaradılıb. Dövri olaraq KİV- elan verilərək bu peşə ilə məşgul olmaq istəyənlər üçün Komissiya tərəfindən imtahanlar təşkil edilir. Bu il iyun ayının 2- Komissiyaya müraciət etmiş növbəti 24 nəfərdən 10 nəfəriYüksək dağlıq ərazilər üzrə turistlərə bələdçi xidmətinin göstərilməsinə dairtest-sınaq imtahanlarından uğurla keçərək onlara, etibarlılıq müddəti bir il olan yüksək dağlıq ərazilər üzrə bələdçi xidmətinin göstərilməsi hüququ verən Şəhadətnamələr təqdim edilib. Bu proses Akkreditasiya Komissiyası tərəfindən gələcəkdə davamlı olaraq həyata keçiriləcək. Bu prosedur qaydalar Milli Parkın ərazisindən idman yürüş məqsədləri üçün istifadə edən qruplara da şamil olunur. Eyni zamanda, yürüş iştirakçılarından Şahdağ Milli Parkının ərazisində olarkən Milli Parkın daxili davranış təhlükəsizlik qaydalarına əməl etməsi, yürüşün sonunda əraziyə atılan bərk məişət tullantılarının yığışdırılması, yalnız əvvəlcədən müəyyən olunmuş yerlərdə düşərgələrin salınması tələb olunur.

Bəzi qruplar ayrı-ayrı şəxslər yüksək dağlıq ərazilərə tətbiq olunan giriş qaydalarının sərtliyi ilə fərqləndiyini onun tətbiqi zamanı ayrı-seçkiliyə yol verildiyini bildirirlər...

Bu deyilənlər qanun-qaydanı sevməyənlərin əsassız iddialarıdır. Qaydalar birmənalı olaraq bütün şəxslərə təşkilatlara eyni qaydada şamil edilib qüvvədə olduğu müddətdə Nazirlik onun qurumları tərəfindən heç bir ayrı- seçkiliyə yol verilməyib. Bu qaydaların müəyyən mənada sərt göstərişlərinə insanların təhlükəsizliyinin təminatı təbiətin istismarçılardan müdafiəsi kimi baxılmalıdır. Bundan əlavə istər mövcud qadağaların sərtliyi, istərsə ödəniş məbləğləri mövcud dünya ölkələrində olan analoji qaydalarla müqayisədə  bizdə dəfələrlə aşağı səviyyədə müəyyən olunub. Məlumdur ki, uzun illər bəzi dağçılıq  təşkilatları ölkənin təbiət ərazilərini heç bir normativləri gözləmədən, mənəvi dəyərləri saymadan istismar edib, ərazi tonlarla məişət bərk tullantılarla zibillənib. Uzun illər boyu müxtəlif təşkilatların təmsilçiləri tərəfindən qayaların gələcəkdə aşınması dağılmasına gətirib çıxaran bərkidici vasitələrin vurulması kor-koranə olaraq həyata keçirilib, turistlərin təhlükəsizliyi nəzərə alınmadan yoxlanılmamış marşrutlardan istifadə olunub. Yüksək dağlıq ərazilərdə sərhəd bölgələrində yerləşən Milli Park ərazilərinə müvafiq ixtisası hazırlığı olmayan şəxslərin müşayiəti ilə insanların aparılması faktları qeydə alınıb. Dağçılıq sahəsində baş verən bu xaos Nazirliyin səyi nəticəsində son 3-4 ildə  tənzimlənib, ölkənin yüksək dağlıq ərazilərində nəzarət-buraxılış sistemi tətbiq edilmiş, sahəni tənzimləyən qaydalar qəbul olunub,  uzun illərdən bəri qalaqla yığılıb qalan tonlarla tullantı  ərazidən çıxarılmış, Milli Parka daxil olan turistlərin öz məişət tullantılarını yığması üçün onlara pulsuz məişət tullantısı paketlərinin paylanılması işi təşkil edilib, bələdçilərə istifadə olunan marşrutlara olan tələblər ciddiləşdirilib. Belə halların qarşısının qəti alınması təbii ki, hamı tərəfindən eyni qarşılanmayacaq, itaətsizlik xaosa meylli şəxsləri narazı salacaq.

Narazılıqlara yol açan növbəti geniş yayılmış fakt isə bir neçə şəxsdən ibarət qrupların özlərini klub, dağçılıq birliyi adlandıraraq Milli Parkın yüksək dağlıq ərazilərinə istədikləri vaxt, istədikləri müddət ərzində istədikləri marşrutla getmək arzuları ilə bağlıdır. Məlumdur ki, milli parklar nadir fauna flora obyektlərinin yayıldığı ərazilərdir. Hər bir milli park, xüsusən ölkənin ən yüksək dağlıq ərazilərinin yerləşdiyi Şahdağ Milli Parkı turist marşrutlarını, turistlərin hərəkət qrafikini ərazinin təbii amillərini, o cümlədən hava şəraitində baş verə biləcək dəyişiklikləri, növlərin yayılma çoxalma ərazilərinin xüsusiyyətlərini, miqrasiya yerdəyişmə faktorlarını nəzərə almaqla müəyyən edir. İstənilən vaxt arzu olunan marşrutla Milli Park ərazisinə daxil olunmasına icazə verilmədikdə bu, bəzi qrupların narazılığı ilə qarşılanır onlar ictimai rəyə təsir etməklə müvafiq dövlət təşkilatı haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Olmazmı ki özlərinidağçılıq klubuadlandıranlar rəsmi müəyyən olunmuş Federasiyanın idarəçiliyi altında təşkilatlanaraq yürüşlər təşkil etsin? Əlbəttə, bu daha səmərəli olar. Əminik ki,  bu yanaşma,  həm yürüş iştirakçılarının təhlükəsizliyi, həm ekosistemlərin mühafizəsi nöqteyi-nəzərdən daha düzgün yanaşmadır.

Belə çıxır ki, Şahdağ Milli Parkı üçün təbiətin mühafizəsi dağ turizminin inkişafı ilə müqayisədə  daha prioritet məsələ hesab edilir?

Əlbəttə, Şahdağ  Milli Parkının yaradılması Qafqazda bir nömrəli qorunan ərazi statusunu əldə etməsi üçün təbiəti mühafizə prinsipləri ekosistemlərin qorunaraq gələcək nəsillərə çatdırılması hər şeydən daha mühüm şərt hesab edilib. Ümumilikdə Milli Parklar turizm fəaliyyəti göstərən qurumdan çox təbiəti mühafizə təşkilatlarıdır. Bu idarələrin yaradılmasında idarə olunmasında təhlükə altında olan, xüsusi həssaslığı ilə seçilən ekosistemlərin bütöv şəkildə mühafizəsi başlıca vəzifə kimi qarşımıza qoyulub. Əsas hədəf təbiətin bütövlüyünün, ayrı-ayrı vəhşi heyvan bitki növlərinin dayanaqlılığının təmin edilməsi, areallarının qorunması, sonda isə yol verilə bilən həddə, təbiətə minimum ziyan vurmaqla davamlı turizm fəaliyyəti üçün mövcud olan şəraitdən planlı elmi cəhətdən əsaslandırılmış formada faydalanaraq onun tətbiqindən ibarətdir. Bu səbəbdən milli parklarda təbiət komplekslərindən rasional istifadə olunması təbiət obyektlərinin mühafizəsi məqsədilə müvafiq ərazilərdə rekreasiya yüklənməsinə yol verməmək bu yüklənmənin qarşısını almaq (onu maksimum azaltmaq) bizim vacib vəzifələrimizdəndir. Şahdağ Milli Parkı, qarşıya qoyulmuş bu hədəflərə nail olunması istiqamətində ən ciddi formada bütün zəruri tədbirləri həyata keçirməklə yanaşı idarədaxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması, Milli Park əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının qəti qeyd-şərtsiz şəkildə alınması istiqamətində lazımi işlər həyata keçirməkdədir. Mütəmadi olaraq  nəzarət qaydasında aparılan reydlər, mühafizə əməkdaşlarının işə məsuliyyət səviyyəsinin yoxlanılması nəticəsində təşkilatımızda çalışmağa layiq olmayan, işinə məsuliyyətsiz, qanunsuz əməllərə meyl edən əməkdaşlar dərhal kollektivdən uzaqlaşdırılır barələrində ən ciddi intizam tənbehi tətbiq edilir.

Tənzimetmədən sonra pozuntu halları azalıbmı?

Birmənalı olaraq azalıb. Azalmaya səbəb həm tətbiq olunan ciddi sanksiyalar, həm aparılan təbliğat işləri, həm daxili nizam-intizamın səviyyəsinin yüksəldilməsidir. İstisna deyil ki, əvvəlki illərdə istər milli parkın hüquqi rejiminin, giriş daxili qaydalarının pozulması, istərsə yüksək dağlıq ərazilərdə hərəkət rejiminə əməl olunmaması halları baş verib. Lakin son illər biz bu halları qeydə alaraq onlara adekvat cəza tədbirləri,  həm profilaktik tədbirlər həyata keçiririk. Xüsusən Parkın heyətinin sağlamlaşdırılması  bu işlərdə xüsusi rol oynayır.  Məsələn, 2013- ildə Milli Parkın İsmayıllı rayonu ərazisində intensiv ov faktı qeydə alınaraq bu işlərə Milli Parkın mühafizə əməkdaşlarının şərait yaratdığı müəyyən edilib onlar cərimə olunaraq tutduqları vəzifədən azad olunublar. 2014- ildə Milli Parkın Xınalıq postunun ərazisində milli park əməkdaşlarının səhlənkarlığı nəticəsində ərazinin hüquqi rejiminin pozulması faktı qeydə alınıb, bu səbəbdən əraziyə cavabdeh mühafizə əməkdaşının əmək müqaviləsinə xitam verilib. Bundan başqa, bələdçilik vəzifəsini yerinə yetirən şəxslərlə aparılan işə onların üzərinə qoyulan tələblərə xüsusi diqqət yetirilir. O cümlədən son illərdə yüksək dağlıq ərazilərdə sərhəd bölgələrində yerləşən milli park ərazilərinə müvafiq ixtisası hazırlığı olmayan şəxslərin müşayiəti ilə turistlərin aparılması faktlarının qeydə alınması, qeydiyyatdan keçən bələdçilərin öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi buna misal ola bilər. Bu səbəbdəndir ki, bizim baş idarə bütövlükdə Nazirlik daim bu sahənin tənzimlənməsi üzərində fəaliyyətini davam etdirir, istər sağlam kadrların Milli Parka işə cəlb olunması, istərsə bələdçi kimi akkreditasiyadan keçirilməsi məsələsinə diqqət yetirilir.

Milli parkın  daxili davranış qaydalarını pozan şəxslərə gəldikdə isə onların adları  Qara siyahıya salınır bu şəxslərin gələcəkdə Milli Park ərazilərinə daxil olması məhdudlaşdırılır.

Vəfa MƏMMƏDLİ

 





09.06.2014    çap et  çap et