525.Az

“İnternet media hazırda xaotik vəziyyətdədir”


 

“İnternet media hazırda xaotik vəziyyətdədir”<b style="color:red"></b>

“Azərbaycanda mediasında fəaliyyət göstərən jurnalistin sosial məsuliyyəti ilə yanaşı, peşə məsuliyyəti də hiss olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu “APA Holding”in prezidenti Vüsalə Mahirqızı Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfransda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, son zamanlar ən ciddi problemlərdən biri sosial şəbəkələrdən yoxlanılmamış xəbərlərin mətbuatda verilməsidir. V.Mahirqızı qeyd edib ki, sosial şəbəkələr mənbə rolunu oynayırlar, amma jurnalistin, medianın fərqi qarşı tərəfin mövqeyini öyrənmək imkanlarının olmasıdır: “Məlumatı sosial şəbəkədən alıb, sonra rəsmi qurumlarla dəqiqləşdirdikdən sonra mətbuatda təqdim etməlidirlər. Amma bəzən də dövlət qurumları məsələyə yazı mətbuatda çıxandan sonra hansısa münasibət bildirirlər. Yəni məlumat mediada fakt kimi əksini tapandan sonra rəsmi qurumlar mövqe nümayiş etdirirlər. Mətbuatdan xəbəri gizlətmək mümkün deyil. Ona görə də indiki zamanda sosial şəbəkədə yayılan hansısa xəbərə dövlət qurumları, təşkilatlar vaxtında mövqe bildirərək, aydınlıq gətirməlidirlər”.

V.Mahirqızının sözlərinə görə, bəlkə də müəyyən tənqidlər olur ki, mətbuat əsas xəbər olaraq yaxşıları yox, pisləri verir: “Amma bu, dünya mediasının tendensiyasıdır. Elə bir media qurumu yoxdur ki, orada yaxşı xoş xəbərlər əsas xəbər verilsin. Hər kəs manşeti ələ almaq istəyir. Hər bir halda düşünürük ki, medianın peşəkarlığı, sosial məsuliyyət məsələsi olmalıdır. Hər bir mətbuatda hansısa məsələyə qarşı tərəfin mövqeyi olmalıdır. Yazılar təhqir, tənqid və jurnalistin fikrindən kənar formada verilməlidir. Azərbaycan mətbuatı da bir peşəkarlıq mərhələsindən keçir. İnternet media hazırda xaotik vəziyyətdədir və müəyyən mərhələni keçir. İnanırıq ki, müəyyən müddətdən sonra ciddi və qeyri-ciddi saytlar fərqlənəcək”.

 





09.06.2014    çap et  çap et