525.Az

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır


 

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır<b style="color:red"></b>

Bugündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır.

Təhsil Nazirliyindən 525.az-a verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

 





05.08.2022    çap et  çap et