525.Az

Səhiyyə Nazirliyi ana ölümüylə bağlı bəyanat yayıb


 

Səhiyyə Nazirliyi ana ölümüylə bağlı bəyanat yayıb<b style="color:red"></b>

“Demək olar ki, ölüm doğuşla bağlı olmayıb, ürək problemi ilə bağlı olduğu ehtimal edilir”.

Bunu APA-ya açıqlamasında iyunun 7-də Binəqədi rayonu ərazisindəki Məlikov adına 6 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
 
O qeyd edib ki, Günay Əliyevanın ölüm səbəbini tam bilmək üçün ekspertizanın rəyini gözləmək lazımdır: “Hazırda ekspertiza gedir. Ekspertizanın nəticələrindən sonra səbəb məlum olacaq”.
 
Qeyd edək ki, Günay Əliyevanın 27 yaşı olub. Doğuş zamanı G.Əliyeva ölsə də, uşaq sağdır.

 





09.06.2014    çap et  çap et