https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
search
28 Mart 2024

AFFA rəhbərliyi İslamiadaya yollanacaq Azərbaycan millisi ilə görüşüb

AFFA rəhbərliyi İslamiadaya yollanacaq Azərbaycan millisi ilə görüşüb

AFFA rəhbərliyi Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

525.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki Milli komandaların məşq mərkəzində keçirilən görüşə vitse-prezidentlər Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə qatılıb.

Onlar milli üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Yığmanın baş məşqçisi Samir Əliyev göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan millisi V İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, avqustun 10-da İran, avqustun 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.