525.Az

Pakistan səfirliyində Cammu və Kəşmirlə bağlı tədbir keçirilib - Foto


 

Pakistan səfirliyində Cammu və Kəşmirlə bağlı tədbir keçirilib - <b style="color:red">Foto</b>

Pakistanın Bakıdakı səfirliyində Cammu və Kəşmirlə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Pakistanın ölkəmizdəki səfiri, səfirliyin digər səlahiyyətli nümayəndələri, media əməkdaşları və tələbələr iştirak edib.

Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee 3 il əvvəl - 5 avqust 2019-cu ildə baş verənləri xatırlayıb.

“Bu, Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirin tarixində qara və acınacaqlı gün kimi qeyd olunur", - səfir qeyd edib.

Tədbir sözügedən hadisələrin sənədli film və fotosərgi formasında nümayişi ilə davam edib.

 





05.08.2022    çap et  çap et