525.Az

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - Yenilənib


 

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub -<b style="color:red"> Yenilənib</b>

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

525.az xəbər verir ki, Müdafiə Nazirliyi faktı təsdiq edib.

***

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
 

 





05.08.2022    çap et  çap et