525.Az

London təxribatı Azərbaycanı yolundan döndərə bilməz - ​​​​​​​Şəhla Nağıyeva yazır


 

London təxribatı Azərbaycanı yolundan döndərə bilməz - <b style="color:red"> ​​​​​​​Şəhla Nağıyeva yazır</b>

Azərbaycan cəmiyyəti son günlər bir narahatlıq keçirir.

Bu narahatlıq erməni vandallarının və onların havadarlarının Azərbaycan Respublikasının ərazisində törətdiyi təxribatla bağlı deyil! Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə “Qisas” əməliyyatı keçirərək belə təxribatların cavabsız qalmayacağını bir daha nəinki ermənilərə, həm də bütün dünyaya sübut etdi!

Bundan sonra da belə olacaq!

Biz erməni təxribatını, erməni vandalizmini çox görmüşük. Bir həqiqəti anlamışıq ki, onları “başa salmağın” bir yolu var – dəmir yumruq!

Azərbaycan cəmiyyətini indi narahat edən əsas məsələ avqustun 4-də Londonda baş verən təxribat və vandalizmdir. Azərbaycan cəmiyyətini narahat edən sual odur ki, özünü demokratiyanın, insan hüquq və azadlıqlarının beşiyi sayan Böyük Britaniya paytaxtında belə bir hadisə niyə baş verib?

Günün günorta çağı müstəqil ölkənin səfirliyinə bu eybəcər hücumun qarşısı niyə vaxtında alınmayıb?

London polisi səfirliyin binasının tutulmasına qədər təxribatçılara mane ola bilməzdimi?

Suallar çoxdur.

Cavab isə “Diplomatik əlaqələr haqqında Vyana konvensiyası”ndadır.

Konvensiyanın 22-ci maddəsində deyilir ki, diplomatuk nümayəndəliyin binası toxunulmazdır.

Həmin maddəyə görə, diplomatik nümayəndəliyin binasının hər cür hücumdan və ya ona zərər vurulmasından qorumaq üçün bütün lazımi tədbirlər görmək kimi xüsusi vəzifə nümayəndəliyin yerləşdiyi dövlətin üzərinə qoyulur.

Deməli, bu biabırçılığa görə Böyük Britaniya dövləti məsuliyyət daşıyır.

İnanırıq ki, bu dövlət, eləcə də dünya ictimaiyyəti tezliklə hadisəni törədənlərin və onların təşkilatçılarının sərt şəkildə cəzalandırılmasına nail olacaq.

O ki qaldı, dini şüarlar altında bu təxribatı törədənlərə, bu biabırçı əməlin təşkilatçıları və sifarişçiləri birdəfəlik anlamlıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan Respublikası dünyəvi dövlət quruculuğu yolu seçib və bu yolu uğurla davam etdirir. Dilindən, dini əqidəsindən asılı olamyaraq ölkəmizin bütün vətəndaşları Azərbaycan Konstitutsiyasının verdiyi hüquq və azadlıqlardan yararlanaraq, qanunla icazə verilən hər cür dini ibadəti sərbəst icra edir, bundan sonra da edəcək.

Bu cür təxribatlar Azərbaycan dövlətini seçdiyi yoldan – demokratik inkişaf yolundan döndərə bilməz.

 





05.08.2022    çap et  çap et