525.Az

Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib


 

Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib<b style="color:red"></b>

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - deyə bəyanatda bildirilir.

 





05.08.2022    çap et  çap et