525.Az

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib


 

Ağdamda qədim tarixə malik  mədəni irs nümunələri aşkar edilib<b style="color:red"></b>

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: "Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam Rayon Tarix və Diyarşünaslıq muzeyinə təhvil verilib".

 





05.08.2022    çap et  çap et