525.Az

Messinin səhhətində yenə problem yaranıb


 

Messinin səhhətində yenə problem yaranıb<b style="color:red"></b>

"Barselona"nın və Argentina millisinin futbolçusu Lionel Messinin səhhətində növbəti dəfə problem yaranıb.

525.az-ın məlumatına görə, bundan əvvəl dəfələrlə matç zamanı qusan hücumçu oxşar hadisə ilə iyunun 7-i Sloveniyaya qarşı keçirilən yoxlama görüşündə də üzləşib. Messi kameraların onu çəkmədiyi bəzi vaxtlarda isə meydanın kənarına gedərək dərman qəbul edib.

Qeyd edək ki, Messi artıq beşinci dəfədir ki, meydanda qusur. Bundan əvvəl Rumıniya ilə yoldaşlıq görüşündə və La Liqada "Atletik"lə matçda futbolçu bu problemlə üzləşmişdi."Barselona"nın hücumçu Messi daha əvvəl isə "Levante" və Argentinanın Boliviya ilə qarşı keçirdiyi matçlarda qusmuşdu.

 





09.06.2014    çap et  çap et