525.Az

UEFA "Fənərbaxça"nı cəzalandırdı


 

UEFA "Fənərbaxça"nı cəzalandırdı<b style="color:red"></b>

UEFA "Fənərbaxça"nı cəzalandırıb.

525.az qurumun saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Ukrayna "Dinamo"su ilə (Kiyev) ev oyununda (1:2) davranışı səbəb olub.

Matçın 57-ci dəqiqəsində "Dinamo" hesabı açarkən Kiyev klubunun bir neçə futbolçusu təxribatçı hərəkətlər edib. "Fənərbaxça" azarkeşləri isə bunun qarşılığında Ukraynaya hücum edən Rusiyanın Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Baş verənlərə görə UEFA İstanbul təmsilçisini 50 min avro məbləğində cərimələyib. Bundan başqa "Fənərbaxça" avrokuboklardakı növbəti ev oyununu qismən azarkeşsiz keçirəcək.

 





05.08.2022    çap et  çap et