525.Az

“Qardaş Azərbaycana hər cür dəstəyi verməyə hazırıq” - Qazaxstan XİN


 

“Qardaş Azərbaycana hər cür dəstəyi verməyə hazırıq” - <b style="color:red"> Qazaxstan XİN</b>

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.

525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir. Bu, hadisə təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”.

 





05.08.2022    çap et  çap et