525.Az

İsrailin müdafiə naziri amerikalı həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib


 

İsrailin müdafiə naziri amerikalı həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

İsrail və ABŞ müdafiə nazirləri Benni Qantz və Lloyd Ostin arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə İsrail Müdafiə nazirliyi məlumat yayıb.

Tərəflər İsrailin Qəzza zolağına hücumlarını müzakirə ediblər.

“İsrail özünü və vətəndaşlarını qoruyur. İsrail israilliləri hədəf alan fələstinli qruplara qarşı qətiyyətlə cavab verəcək”, - deyə Benni Qantz bildirib.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında İslami Cihad mərkəzlərinə zərbələr endirdiyini elan edib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzaya atılan atəş nəticəsində biri 5 yaşlı uşaq olmaqla 10 fələstinli həlak olub, daha 55 nəfər yaralanıb.

 





06.08.2022    çap et  çap et