525.Az

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - Siyahı


 

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - <b style="color:red">Siyahı</b>

6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.

 





06.08.2022    çap et  çap et