525.Az

"Sumqayıt"da yeni təyinat


 

"Sumqayıt"da yeni təyinat<b style="color:red"></b>

"Sumqayıt" Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib. 

525.az klubun saytına istinadən xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən "Sumqayıt" FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.

 





06.08.2022    çap et  çap et